Sayt xəritəsi

XƏBƏRLƏR

CƏNUBİ KOREYA İLƏ TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR

03.10.2014



Dünyaya inteqrasiya yolunu tutan, qloballaşma və texnologiya, tərəqqi əsrinin tələblərinə cavab verməyə çalışan Naxçıvan Dövlət Universitetində son iyirmi ildə, tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülmüşdür. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən, “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi də Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olmaqla bu sahədə atılan mühüm addımdır. 2012-ci ildə tərəflər arasında layihə ilə bağlı müqavilə imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-sukun başçılığı ilə koreyalı mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetnə ezam olunmuşdur. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun iştirakı ilə sistemin təqdimatı keçirilmiş, müzakirələr aparılmış, yerli mütəxəssislər məlumatlandırılmışdır. 2013-2015-ci illəri əhatə edəcək layihənin həyata keçirilməsinə KOİCA tərəfindən  3 500 000 ABŞ dolları  həcmində vəsait ayrılmışdır. Layihə çərçivəsində universitet rəhbərliyi və işçiləri üçün iki dəfə təqaüd proqramı tərşil edilmişdir. May ayında uuniversitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surənin rəhbərliyi ilə bir qrup nümayəndə on beş gün müddətinə Cənubi Koreyanın paytaxtı Seul şəhərinə ezam olunmuş, layihə ilə bağlı təlim keçmişlər.  Bu günlərdə isə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun rəhbərliyi ilə nümayəndə heyəti Cənubi Koreyada olmuşdur.                                             

 

Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsədə doktoru, dosent Mübariz Nuriyev, beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov, Həmkarlar İttifaqı Komitəsinin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədov, Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimovun iştirak etdiyi səfərdə məqsəd Naxçıvan Dövlət Universitetinin Təhsil İnformasiya Sisteminin idarəsi ilə bağlı bilikləri  möhkəmləndirmək, Koreyanın qabaqcıl universitetlərininin  Təhsil İnformasiya Sistemi ilə tanış olmaq və ölkələrarası əməkdaşlığa töhfə verməkdən ibarətdir.     

Bir həftəlik səfər çərçivəsində KOİCA-nın baş ofisində  rəsmi qəbul zamanı Cənubi Koreya və “KOİCA” ilə bağlı təqdimat keçirilmişdir. Qeyd etmək yerinə düşər ki, KOICA-nın tərəfdaşlıq etdiyi ölkələrdə 43 nümayəndəliyi mövcuddur. Bu şirkət Azərbaycanda da qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirməkdədir. Azərbaycan Texniki Universitetində həyata keçiriən, informasiya texnologiyaları ilə bağlı layihə təhsil sahəsindəki uğurlu layihələrdəndir. Görüş zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda milli təhsilin inkişafı, müasir texnologiyaların tədrisdə və təhsildə tətbiqi əsas strateji sahə hesab olunur, dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Rektor xatırlatmışdır ki, adıçəkilən layihə universitetdə uğurla yekunlaşmaq üzrədir. Hazırda Naxçıvana ezam olunan koreyalı mütəxəssislər portal, distant təhsil, akademik işlər üzrə sistemin və avadanlıqların quraşdırılması, əməliyyatlarla bağlı biliklərin öyrədilməsi, elektron təlim sistemi üçün kontentlərin hazırlanması ilə məşğuldurlar.                                             

 

Təhsil İnformasiya Sisteminin inkişafı mövzusunda keçirilən treyninq zamanı bu sahənin inkişafının baslıca istiqamətləri müzakirə olunmuş, bilik və təcrübə mübadiləsi aparılmışdır. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun universitetdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, bu sahəyə göstərilən dövlət qayğısı və dəstəyi ilə bağlı prezentasiyası olmuşdur. Prezentasıyada universitetin İnformasiya-Kommuniasita Texnologiyaları Mərkəzinin, elektron kitabxana və  müxtəlif internet mərkəzlərinin fəaliyyətləri, virtual əməkdaşlığın inkişafı məqsədilə online bağlantılar, beynəlxalq videokonfrans və simpoziumların təşkili istiqamətində görülən işlər işıqlandırılmışdır.                                        

Layihənin icraçı şirkəti “Donqvon CNS”-nin rəhbəri Mun-seo Park heyəti qəbul edərək layihənin Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsinin qurulması, onlayn təhsilin təşkili baxımından faydalı olacağına əminlyini bildirmiş, gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.    Nümayəndə heyəti Cənubi Koreyanın ali təhsil müəssisələrini ziyarət etmiş, buradakı ali təhsil sitemi, tədris prosesi ilə yaxından tanış olmuşlar. Səfər Kimçonq Universiteti ilə əməkdaşlığın möhkəmlənməsi baxımından da faydalı olmuşdur. Xatıradaq ki, Kimçonq Universiteti ilə əlaqələr  2010-cu ildə yaradılmış, 2011-ci ildə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzlanmışdır. Bu gün hər iki universitet arasında elmi təcrübə və tələbə mübadiləsi, səfərlər qarşılıqlı əlaqələr sahəsində aparılan səmərəli işin uğurlu davamıdır.  Rəsmi görüş zamanı rektor, xanım Sunq Ae Kanq Kimçonq Universiteti haqqında ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, universitet 2007-ci ildə 1978-ci ildən fəaliyyət göstərən Kimçonq Biznes kollecinin əsasında yaradılmışdır. Ailə idarəçiliyi prinsipinə əsaslanan bu ali məktəbdə 20-dən artıq fakültə fəaliyyət göstərir. Universitetdə ingilis dili, tibb, beynəlxalq turizm və otelçilik, incəsənət sahəsi üzrə tədris yüksək səviyyədədir. «Dünyanı sevgi yolu ilə qazanaq!» ideyasını rəhbər tutan bu ali məktəbdə dünyanın dörd qitəsindən təhsil alanlar var. Naxçıvan Dövlət Universitetindən Tərcümə (ingilis dili- Azərbaycan dili), Hüquqşünaslıq Stomotologiya ixtisası üzrə 3 nəfər birinci kurs tələbəsi də 2012-2013-cü tədris ilinini ikinci semestrində tələbə mobilliyinə əsasən ali təhsillərini Koreyanın Kimçonq universitetində davam etdirmişdir.                                

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkələrarası əlaqələrin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın rolundan danışmış, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlığında dost, tərəfdaş universitet olan Kimçonq universiteti ilə əməkdaşlığın bundan sonra da davamlı olmasını arzulamışdır.                                    

 

Naxçıvanlı qonaqlar universitetdə müasir texnologiyalarla təchiz olunmuş,  xüsusi səliqə-səhmana malik  auditoriyalarda olmuş, koreyalı tələbələrlə görüşmüşlər. Burada Hava yolları, otelçilik və turizm fakültəsində restoran və   hava yolları xidmətinin əynani şəkildə öyrədilməsi,stamotoligiya və diş texnikliyi, ali təhsilli tibb bacıları hazırlanan fakültələrdə auditoriyalardakı müasir tibb avadanlıqları, mulyajlar, xüsusi stamotoloji kabinələr, laboratoriyalar, qida sənayesinin tədris olunduğu fakültədə şərabçılıq, meyvələrin çeşidlənib xüsusi soyuducu anbarda saxlanılması, şərab istehsalı prosesi, burada hazırlanan, yüksək keyfiyyətli, müxtəlif çeşidli şərabların sərgisi  maraq doğurmuşdur.                                    

 

Koreya Kiber Universitetində universitetin rektoru, professor Choong Soon Kim heyəti qəbul edərkən dünyada ilk kiber universitet  olan bu ali təhsil ocağının Koreya Chungang Təhsil Vəqfi ( KCEF ) altında Koreya Universiteti ilə birlikdə fəaliyyət göstərdyini, Koreya ali məktəbləri sırasında birinci onluğa daxil olduğunu bildirdi. Bir çox xarici universitetə əməkdaşlığa malik olan universitet Koreya tarixinin və mədəniyyətinin təblği məqsədilə rəsmi səfərlərin təşkili ilə məşğul olan Koreya fondu ilə əlaqəli fəalyyət göstərir, 2013-cü ildən etibarən Koreya dilinin pulsuz və sürətli onlayn tədrisini həyata keçirən "Korean Quick"  proqramını uğurla həyata keçirir. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elektron hökumət və elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. Görüşdə universitetlərarası əməkdaşlığın inkişafı ilə bağlı təkliflər səsləndirilmişdir. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin xatirə dəftərinə ürək sözlərini yazmışdır.                                     

 

Cənubi Koreyanın POSCO poladtökmə şirkəti iə tanışlıq, buradakı ağır səneyinin müasir texnologiyalar hesabına inkişaf etdirilməsi xüsusi maraq doğurmuşdur. Səfər zamanı qonaqlar paytaxt Seul şəhəri ilə yanaşı Kimçonq, Qyunju, Bulquska şəhərlərində, Qyungbok sarayında olmuş, Koreya Mili Muzeyinə və digər tarixi yerlərə ekskursiya etmiş, ölkənin tarixi, şəhərsalma mədəniyyəti, sosial şəraiti ilə tanış omuşlar.                         

Yekun tədbirdə KOİCA şirkətinin  sertifikatları təqdim olunmuş, layihənin uğurla gerçəkləşməsi, əməkdaşlığımızın davamlı olması ilə bağlı fikirlər səsləndirilmişdir.