Sayt xəritəsi

XƏBƏRLƏR

AZƏRBAYCAN KONSTİTUSİYASININ MEMARI

12.11.2014


Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Konstitusiyasının yaradılmasının 19 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” movzusunda elmi konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Universitet ərazi ilk təşkilatının reallaşdırdığı konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü qoruyan, demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verən ali hüquqi sənəddir.         

 

Hüquq fənləri kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov “Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” mövzulu məruzəsində diqqətə çatdırib ki, digər mütərəqqi, sivilizasiyalı ölkələrin konstitusiyası ilə bir sırada duran konstitusiyamız Azərbaycanın dövlətçilik ideyalarının hüquqi qarantııdr. Azərbaycanda ilk demokratik konstitusiyanın yaradıcısı, ilhamvericisi ümummilli lider Heydər Əliyev yeni konstutusiya layihəsini hazırlayan komissiyaya bilavasitə rəhbərlik edərək dövlətçiliyimizi möhkəmləndirəcək, hüquqi cəmiyyət quruculuğuna xidmət edəcək Əsas Qanunun yaradılmasında mühüm rol oynamışdır. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq refendumu yolu ilə qəbul olunan Konstitusiya noyabrın 27-də qüvvəyə minmişdir.                                                 

YAP Universitet ərazi ilk təşkilatının sədr müavin, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Konstitusiyanın beynəlxalq əhəmiyyəti”  məruzəsində vurğulayıb ki, Azərbaycan Konstitusiyası müasir dünya konstitusiyaları içərisində quruluşca ən mükəmməl və məzmunca ən demokratiki olmaqlHeydər Əliyev ideyalarının təntənəsi, Azərbaycan dövlətçiliyini əbədilik göstəricisidir.                         

 

Konfransda Prezident təqaüdçüsü, Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Surə Qurbanovanın “Naxçıvan Muxtar Respublikasında konstitusion əsaslar”, YAP Fizika-riyaziyyat fakültə gənclər birliyinin sədri, Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Leyla Şirzadzadənin “Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzularında məruzələri dinlənilib. Məruzələrdə ümummilli liderin Azərbaycan dövlətçiliyinin, eləcə də onun konstitusiyasının banisi olmasından bəhs olunub. Qeyd olunub ki, umummilli lider Heyder Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanın gələcək perspektivlərini müəyyənləşdirən Konstitusiyada Azərbaycan dövlətinin demokratik hüquqi, dünyəvi, unitar respublika olması, ərazi toxunulmazlığı, idarəçilik prinsipləri, vətəndaşların hüquq və azadlıqları təsbit olunub.                                         

Konfransın sonunda YAP sıralarına qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.