Sayt xəritəsi

XƏBƏRLƏR

NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU İLƏ ONLAYN BAĞLANTI

12.11.2014


Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə noyabrın 10-11-də Bakı Elm Festivalı keçirilir. Qafqaz regionunda bu qəbildən ilk tədbir olan festival Azərbaycan alimlərinin son illərdə qazandığı, dünya miqyasında tanınmış elmi nailiyyətlərini nümayiş etdirməyə imkan verir.

“Bakı Elm Festivalı-2014” proqramı çərçivəsində Nizami adına Ədəbiyyat İnstitutunda “Fizika və lirika” mövzusunda müzakirə keçirilib. Naxçıvan Dövlət Universiteti ilə Nizami adına Ədəbiyyat İnstitutu arasında onlayn bağlantı qurulub.
 
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı, fizika ixtisasları üzrə təhsil alan tələbələrinin də iştirakı ilə keçirilən onlayn bağlantıda, Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfin¬dən qəbul edilən Dövlət pro¬qramlarının təhsilin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsinə, keyfiyyətinin yüksəldilməsinə, dünya təhsil sisteminə inteqrasiyaya xidmət etdiyini vurğulayıb. Festivalın əhəmiyyətindən bəhs edən Mübariz Nuriyevin “Görkəmli fizika alimləri lirika haqqında” mövzusunda məruzəsi dinlənilib.            

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarının əməkdaşlarının məruzələri dinlənilib və geniş müzakirələr aparılıb.