Sayt xəritəsi

XƏBƏRLƏR

M.Y.LERMONTOV: “SEVDİM AZƏRBAYCANI!”

19.11.2014

 

Naxçıvan Dövlət Universitetində görkəmli rus şairi M.Y.Lermantovun anadan olmasının 200 illiyinə həsr olunmuş “Sevdim Azərbaycanı” adlı elmi praktik konfrans keçirilib. Konfrans universitetin Rus dili və ədəbiyyatı kafedrası ilə Penza Dövlət Universitetinin Rus dili xarici dil kimi kafedraları arasında onlayn şəkildə keçirilməsi ilə yaddaqalan olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Penza Dövlət Universitetinin Beynəlxaq əlaqələr üzrə prorektoru, professor Yuriy Mazey belə konfransların virtual əməkdaşlığın inkişafı, xalqlar arasında elm və təhsil sahəsində tərəfdaşlığın, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynamasından danışıblar. Çıxışlarda  naxçıvanlı tələbələrin tələbə mobilliyi əsasında Penza Dövlət Universitetində bir semestr ərzində təhsil almasından, müəllim və tələbə mübadiləsinin gələcək inkişafı istiqamətində görüləcək işlərdən danışılıb. Naxçıvan Dövlət Universiteti televiziyasının hazırladığı, M.Y.Lermontovun həyat və yaradıcılığından bəhs edən film-slayd maraqla izlənib.                                             

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə  doktoru, dosent  Qurban Qurbanlı, Penza Dövlət Universitetinin Rus dili xarici dil kimi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vera Şmelkova şairin zəngin bədii irsi, klassik rus poeziyasındakı özünəməxsus yeri ilə bağlı ətraflı məlumat veriblər.    Naxçıvan Dövlət Universitetinin Rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlov “Lermantov və Azərbaycan” mövzusunun mübahisəli aspektləri” mövzusunda məruzə etməzdən əvvəl böyük rus şairinin 200 illik yubileyi münasibətilə kafedrada görülən işlərdən danışıb. Hüseyn Adıgözəlov Lermontovun Şuşada olması, görkəmli Azərbaycan mütəfəkkiri və dramaturqu Mirzə Fətəli Axundovla şəxsi tanışlığı, M.F.Axundovun “Puşkinin ölümünə Şərq poeması”nı Lermantovun “Şairin ölümü” şeirinin təsiri ilə yazması ilə bağlı mübahisəli elmi məsələlərə aydınlıq gətirib, Lermontov və Azərbaycan mövzusunda həllini gözləyən problem mövzulardan danışıb.                             

 

Konfransda Penza Dövlət Universitetinin Rus dili xarici dil kimi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Tamara Surkova “Lermontov” ensiklopediyası şairin yaradıcılığının tədqiqinin unikal təcrübəsi kimi”, həmin kafedranın baş müəllimi Tatyana Kolyujko “M.J.Lermantov və Penza diyarı” , Naxçıvan Dövlət Universitetinin Xaici dil müəllimliyi (rus dili)  ixtisasının tələbələri Mehri Rəcəbova “Lermontov yaradıcılığında Azərbaycan”, Heyran Babazadə “Azərbaycan şairlərinin Lermontova ithafı” mövzusunda məruzələr ediblər.                                         

Konfransın sonunda hər iki universitetin tələbələrinin ifasında böyük rus şairinin şeirləri Azərbaycan, rus, türk, ərəb, çin dillərində bədii qiraət olunub.