Sayt xəritəsi

XƏBƏRLƏR

YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASININ 22-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS

20.11.2014

 

“22 il əvvəl 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində yaradılan YAP özünün yenilməz lideirinin rəhbərliyi altında elə bir tarixi yol keçib ki, bu dövr həm də müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm bir tarixi mərhələ olub. Yarandığı ilk günlərdən fəlakətlər girdabına sürüklənmiş xalqımızın nicat yerinə çevrilən YAP siyasi mübarizə tarixi üçün çox qısa bir müddətdə geniş xalq kütlələrinin böyük rəğbətini qazanaraq ölkədə yüksək zirvəyə ucalıb”- bu fikirləri YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində keçirilən Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümünə həsr olunmuş konfransda səsləndirib.

Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Xəzər Hüseynovun “Yeni Azəbaycan Partiyasının yarandığı tarixi şərait”, fakültə YAP gənclər təşkilatının sədri, texnologiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Əminə Məmmədlinin “Yeni Azərbaycan Partiyası: yeni mərhələ- müasir vəzifələr” mövzusunda məruzləri dinlənilib. Vurğulanıb ki, istiqlaliyyətimizin ilk illərində hamımızın gələcəyə ümidlə baxdığımız müstəqil yurdumuz artıq 23 ildir ki, əzəmətli dövlət kimi mövcuddur. Bu gün qürur duyduğumuz müstəqil Azərbaycan Respublikası dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin şah əsəri, tarixi əmanətidir.

Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbəsi Xatun Ağayeva tərəfindən “Azərbaycan oxusun”! şeri bədii qiraət olunub.

Sonda YAP sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.