Sayt xəritəsi

XƏBƏRLƏR

YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASININ 22 İLLİYİ NDU-NUN TİBB FAKÜLTƏSİNDƏ QEYD EDİLİB

20.11.2014


Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, NDU YAP Universitet Şəhərciyi Ərazi ilk Təşkilatının Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümünə həsr olunmuş konfransı keçirilib.

Konfransda çıxış edən Naxçıvan Dövlət Universiteti YAP Universitet şəhərciyi ərazi ilk Təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov Yeni Azərbaycan Partiyasının ötən 22 il ərzində keçdiyi şərəfli tarixi yola nəzər salıb. Qeyd olunub ki, noyabrın 21-i Yeni Azərbaycan Partiyasının təsis olunması günüdür. Bildirilib ki, 22 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın YAP-ın yaranma zərurətini meydana gətirib. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtarıb və inkişaf yoluna doğru istiqamətləndirib.

Təməl tibb fənləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədovun “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi”, Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Yaşar Rzayevin “Yeni Azərbaycan Partiyası inama söykənən partiyadır”, Fakültə YAP Gənclər təşkilatının sədri, müalicə işi ixtisası üzrə III kurs tələbəsi Əminə Seyidzadənin “YAP ümumxalq etimadını qazanmış partiyadır”, müalicə işi ixtisası üzrə II kurs tələbəsi Səkinə Bəhrəmlinin “Yeni Azərbaycan Partiyasının yaradıcısı və memarı” mövzularında məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, Ulu öndərimiz Heydər Əliyevin adı ilə birbaşa bağlı olan YAP xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib. Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlanaraq ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevrilib.