Sayt xəritəsi

XƏBƏRLƏR

KREDİT SİSTEMİNİN TƏŞKİLİNƏ HƏSR OLUNMUŞ TƏLİM KURSU YEKUNLAŞIB

30.11.2014


Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunan, orta ixtisas təhsili müəssisələrinin müəllimləri üçün nəzərdə tutlmuş bir aylıq təlim kursu başa çatıb. “Tədrisin kredit sisteminə uyğun qurulmasının əsasları”  mövzusunda    keçirilən təlim kursunun yekununda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının bugünkü uğurlarından, aparılan təhsil islahatlarından bəhs edib. Rektor  Boloniya sisteminin üstün cəhətlərindən danışıb, keçirilən təlimin muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələri kollektivi üçün faydalı olaçağını vurğulayıb.                                            

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirinin müavini Məmməd Qəribov Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli qərarının icrası ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb. Bildirilib ki, təlim kursu müddətində universitet rəhbərliyin təşəbbüsü və köməkliyi ilə bu sahədə olan mövcud çətinliklərin aradan qaldırılması yolları, Naxçıvan Dövlət Universitetinin Avropa universitetlərindən əldə etdiyi zəngin təcrübə öyrənilib.                                        

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirədən sonra ali və orta ixtisas təhsili müəssisələri arasında əməkdaşlığın möhkəmlənməsi, təcrübə mübadiləsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki,  tədrisin kredit sisteminə uyğun qurulması ilə bağlı bir aylıq təlim kursunda kredit sistemində tədris-metodiki təminat, tədris prosesindəki yeniliklər, yay məktəbinin təşkili qaydaları, tyutorların iş prinsipləi, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və digər mövzular tədris olunub.                           

Tədbirin sonunda fərqlənən müəllimlərə universitetin sertifikatları təqdim olunub. Naxçıvan Dövlət Texniki Kolleciinin direktor əvəzi Asəf Ruşanov və Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov çıxış edərək kollektiv adından təlim kursunun təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.