Sayt xəritəsi

XƏBƏRLƏR

ÜRƏKLƏRDƏ DAİM YAŞAYACAQ BÖYÜK TARİXİ ŞƏXSİYYƏT

10.12.2014

 

 Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş anım mərasımı keşirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanın geostrateji mövqeyə, zəngin təbii sərvətlərə malik olmasına görə daim xarici dövlətlərin işğalına məruz qaldığını xatırladaraq XX yüzilliyin sonlarında xalqın milli müstəqillik qazanmasında, ölkənin dövlət müstəqilliyinin əbədi qorunub saxlanılmasında dünya şöhrətli siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevin əvəzedilməz rolu olduğunu vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ləyaqətlə, uğurla davam etdirilir.     

Azərbaycan tarixi kafedrasının müəllimi, tarix elmləri namizədi Nadir Hüseynbəyli “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzulu məruzəsində ümummilli liderin xalqın müqəddaratının, taleyüklü məsələlərin həllinə, milli mənafeyə, demokratiyanın bərqərar olmasına, Azərbaycanın dünya müstəvisində inkişaf etmiş dövlətlər sırasına çıxmasına xidmət  edən müdrik siyasətindən bəhs edib.    
                
Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti Mehriban Quliyeva “Heydər Əliyev görkəmli natiq kimi” mövzusunda məruzə edərək böyük tarixi şəxsiyyət, iti zəkaya, fenomenal yaddaşa malik dahi siyasətçinin doğma ana dilinə olan sonsuz sevgi və ehtiramından, analoqu olmayan natiqlik məharətindən, zəngin söz ehtiyatına malik olmasından, nitq və məruzələrindəki siyasi-fəlsəfi traktatlardan danışıb.

Anım mərasimində ümummilli liderə həsr olunmuş şeirlər bədii qiraət olunub, dahi öndərin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.