Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN MUXTARİYYƏTİ - 90 MÖVZUSUDA ŞEİR MÜSABİQƏSİ

24.12.2014

 

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib.

Tədbirdə çıxış edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il yanvarın 14-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama əsasən, respublikamızda və ölkəmizdən kənarda təntənəli yubiley tədbirləri keçirilir. Ayrıca 2014-cü il Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il yanvarın 17-də imzaladığı Sərəncam ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən, muxtar respublikada silsilə tədbirlər keçirilir. Rektor, bu səbəbdən keçirilən şeir müsabiqəsini də yüksək qiymətləndirib.

Çıxış edən şairlər onlara göstərilən dövlət qayğısından danşıblar. Həmçinin müsabiqənin keçirilməsinə öz müsbət münasibətlərin bildiriblər. Sonra müsabiqəyə start verilib.

Müsabiqədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, milli poeziyamızın iftixarı, Xalq şairi Məmməd Arazın “Xatirələr”, “Ayağa dur Azərbaycan”, “Məndən ötdü qardaşıma dəydi”, Əbülfəz Muxtaroğlunun “Azərbaycan”, Vaqif Məmmədovun “Nəsihət”, Əziz Azərin “Gülüm”, Xanəli Kərimlinin “Azərbaycan bayrağı”, Elxan Yurdoğlunun “Dinlə, Avropa” və s. şairlərin şeirləri səsləndirilib.

Müsabiqənin yekununda qaliblərə qiymətli kitablar hədiyyə olunub.