Sayt xəritəsi

XƏBƏRLƏR

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ

28.12.2014

 

Naxçıvan Dövlət Universitetində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını təntənəli şəkildə qeyd olunub. Aparıcılar tədbiri açdıqdan sonra, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibilə təbrik edib, professor-müəllim heyətinə və tələbələrə yeni ildə uğurlar arzu edib. Qeyd olunub ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının sarsılmaz milli birliyinin rəmzidir. 1989-cu ildə Naxçıvanda vüsət alan sərhəd hərəkatına, milli birlik uğrunda mübarizəyə ilk dəfə Heydər Əliyev düzgün siyasi qiymət verərək Naxçıvan MR Ali Məclisinin sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaranmasında mühüm rol oynayır. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib dünyanın bir çox ölkəsində qeyd olunur.

Sonra İncəsənət fakültəsinin  Tələbə Teatr Studiyası ilə birgə hazırladığı rəngarənk bayram şənliyi başlayıb. Bayram şənliyində Xalq çalğı alətləri kafedrasının müəllimi Sərxan Abdullayevin rəhbərlik etdiyi “Buta” instrumental ansamblının müşaiyəti ilə Solo oxuma ixtisası üzrə təhsil alan tələbələrdən Vəli Nəsirov, Bəsti Qasımova, Bəhruz Quliyev, Məhərrəm Quliyev tanınmış Azərbaycan bəstəkarlarının sevilən mahnılarını təqdim edblər. Xalq çalğı alətləri kafedrasının müəllimləri Sərxan Abdullayev və Zeynəb Yusifovanın ifaları, Tələbə Teatr Studiyası üzvlərinin rəqsləri tədbir iştirakşılarında xoş bayram-əhval-ruhiyyəsi yaradıb.