Sayt xəritəsi

XƏBƏRLƏR

ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI

28.12.2014

 

Naxçıvan Dövlət Universitetinin çoxsaylı kollektivi hər il olduğu kimi, bu il də 31 dekabr Dünya Azərbaycınlalarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində hərbi hissələrdə olub, burada çalısan şəxsi heyətlə görüşüb, hərbi xidmətdə olan əsgərlərə bayram sovqatı təqdim ediblər.

Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə keçirilən görüşdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək əsgərləri  ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Bildirilib ki, bu gün dünyanın 70-dən çox ölkəsində Azərbaycan diasporu tərəfindən mütəşəkkil şəkildə qeyd olunan bu bayram Azərbaycan xalqının milli birlik simvoludur. Bu əlamətdar bayram, bütün dünya azərbaycanlılarının vahid və müstəqil Azərbaycan dövləti ətrafında həmrəylik təşkil etməsi zərurətindən yaranıb. Rektor ölkədə sülh və əminamanlığı, müstəqil dövlətimizin ərazi bütövlüyünü və sərhədlərini qoruyan əsgərləri bayram münasibətilə təbrik edib, yeni ildə onlara can sağlığı, müvəffəqiyyətlər arzulayıb.

Hərbi hissə komandiri çıxış edərək bu əlamətdar bayramı onlarla birgə keçirdiklərinə görə universitet rəhbərliyinə, AKİ Əzcaçılıq Ambarı MMC təşkilatının rəhbərliyinə minnətdarlıq ediblər.