Sayt xəritəsi

XƏBƏRLƏR

QARS QAFQAZ UNİVERSİTETİNİN BİR QRUP NÜMAYƏNDƏ HEYƏTİ NDU-DA

20.01.2015

 

Türkiyənin Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan və universitetin bir qrup nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara bu ali təhsil müəssisəsinin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə ətraflı məlumat verib. Rektor, ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs edib, Qeyd olunub ki,universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mübadiləsinin və mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə, o cümlədən Türkiyə universitetlərində davam etdirirlər. Həmçinin dünyanın müxtəlif ölkələrindən olan tələbələr Naxçıvan Dövlət Universitetində təhsil alırlar. Universitetdə doktorantura pilləsində təhsil alan tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da var. Vurğulanıb ki, tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsinə ciddi əhəmiyyət verilən Naxçıvan Dövlət Universitetində Tibb və Baytarlıq fa¬kül¬tələri¬nin mü¬¬əl¬¬lim¬ləri və tələbələri illərdən bəri¬dir ki, Türkiyə Cümhuriyyətinin digər universitetləri ilə yanaşı, Qars Qafqaz Universitetində təcrübə keçirlər. Türkiyənin 40-a yaxın ali məktəbləri ilə, o cümlədən Qars Qafqaz Universiteti  ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən rektor Saleh Məhərrəmov, bugünkü görüşün bu əlaqələrin davamlı xarakter daşımasında  böyük zəmin yaratdığını deyib.

Qars Qafqaz Universitetinin rektoru, professor, doktor Sami Özcan Naxçıvan Dövlət Universitetinin elmin, təhsilin tərəqqisi, müasir texnologiyaların tətbiqi, yeni tədris üsullarının mənimsənilməsi istiqamətində böyük inkişaf yolu keçdiyini söyləyib. Sami Özcan rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verib.

Qars Qafqaz Universiteti Tibb fakültəsinin dekanı professor, doktor Sadıq Ardıc, professor, doktor Şaban Maraşlı, Qafqaz Universiteti Tibb fakültəsinin baş həkimi, dosent, doktor Miktat Kaya, Tibb fakültəsi cərrahiyyə bölməsinin müdiri professor, doktor Kanat Özışık çıxışlarında gələcəkdə bu ali təhsil ocaqları arasında tibb sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı bir sıra təkliflər səsləndiriblər.

Türkiyəli qonaqlar universitet kampusu ilə tanış olub, burada yaradılan mükəmməl şəraitdən məmnunluqlarını ifadə ediblər.

Sonra qonaqlar Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri dispanseri və Onkoloji Mərkəzdə həmçinin Naxçıvan Özəl Univesitetində olublar.