Sayt xəritəsi

XƏBƏRLƏR

TƏLƏBƏ MÜBADİLƏSİNİN BƏHRƏLƏRİ

27.01.2015

 

Naxçıvan Dövlət Universitetində tələbə mübadiləsi yolu ilə ali təhsillərini xaricdə davam etdirən tələbələrlə görüş keçirilib. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək universitetdə dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Boloniya sisteminin tam tətbiqinə nail olunması üçün qarşıya qoyulan əsas tələblərdən biri də tələbə mobilliyidir. Bu məqsədlə universitet tələbələri Cənubi Koreyanın Kimçonq Universitetində, Türkiyə Respublikasındakı  universitetlər ilə dünya universitetləri arasındakı  qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan  “Mövlana” proqramı çərçivəsində Türkiyə universitetlərində, Rusiya Federasiyasının və Ukraynanın müxtəlif ali məktəblərində bir il vəya bir semestr müddətində ali təhsil almağa göndərilir. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir.  Doktorantura pilləsində universitetdə təhsil alan tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da var. Bütün bunlar ali təhsil qurumları arasında tərəfdaşlığın inkişafına, əlaqələrin möhkəmlənməsinə xidmət edir.  Rektor ötən semestri xaricdə uğurla başa vuran tələbələri təbrik edərək onlara təhsillərində və ictimai işlərdə uğurlar arzu edib.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent  Qurban Qurbanlı bildirib ki, rəhbərlik etdiyi fakültə universitetdə tələbə mobilliyinə görə öndə gedir ki, bu da fakültənin spesifikasından irəli gəlir.  Universitetlərarası müqavilələrə əsasən 2014-2015-ci tədris ilinin ilk semestrində 3 nəfər ingilis dili müəllimliyi, 1 nəfər isə alman dili müəllimliyi ixtisası üzrə Şota Rustaveli adına Batumi Dövlət Universitetində, rus dili müəllimliyi ixtisası üzrə təhsil alan 3 nəfər tələbə isə Rusiya Federasiyasının Penza Dövlət Universitetində təhsillərini davam etdiriblər. Ötən semestri xaricdə uğurla başa vuran tələbələr ictimai işlərdə də fəallıq göstəriblər. “Erasmus-Mundus” proqramı Beynəlxalq münasibətlər ixtisaının IV kurs tələbəsi Ağalar Məmmədov Çexiyada, ingilis dili müəllimliyi ixtisasının III kurs tələbəsi Güllü Rəhimova isə Ruminiyada bir illik təhsil almaq hüququ qazanıblar. Universitet rəhbərliyinin təşkilatçılığı ilə rus dili və ədəbiyyatının tədirisi üçün  Penza Dövlət Universitetinin Rus dili xarici dil kimi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, professor Vera Şmelkova, Fransanın Azərbaycandakı səfirliyinin xətti ilə fransız dili üzrə mütəxəssis Andrian Pioretti universitetdə uğurlu pedaqoji fəaliyyət göstəriblər. İran İslam Respublikasının Urmiya Universitetinin professoru, filologiya elmləri doktoru Əlirza Müzəffəri növbəti semestrdən Naxçıvan Dövlət Universitetində fars dili və ədəbiyyatını tədris edəcək.

Rus dili ixtisası üzrə II kurs tələbəsi Elvira İsgəndərova, alman dili ixtisası üzrə II kurs tələbəsi Nuranə Allahyarlı , ingilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Gülnur Məmmədova çıxış edərək ali təhsillərini xaricdə davam etdirimək üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova, universitet rəhbərliyinə minnətdarlıqlarını bildiribl