Sayt xəritəsi

XƏBƏRLƏR

AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV ERASI

02.03.2015

 

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsi tələbələrinin iştirakı ilə “Azərbaycan tarixinin Heydər Əliyev erası” mövzusunda açıq dərs keçirilib.

Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərlinin mövzu ətrafında məruzəsi dinlənilib. Açıq dərsdə, tariximizin yaddaşına dahi rəhbər, dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı, sülhün müdafiəçisi, həyatı və əməlləri ilə nəsillərə örnək olan ümummilli lideri Heydər Əliyevin keçdiyi böyük, şərəfli tarixi yola nəzər  salınıb, fenomen, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edilib. Bildirilib ki, dahi rəhbər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Məruzəçi, müstəqilliyimizin təminatçısı dahi rəhbər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin dönməzliyi və əbədiliyinin təmin olunması uğrunda yorulmaz mübarizəsi, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət qurulması istiqamətində həyata keçirdiyi islahatlar barədə danışaraq, Azərbaycan tarixində “Heydər Əliyev erası” kimi səciyyələndirilən bu inkişaf yolunun ayrı-ayrı mərhələləri haqqında açıq dərs iştirakçılarına məlumat verib. Vurğulanıb ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının inkişaf tarixinə öz əbədi möhürünü vurub və həmin tarix yüksələn xətt üzrə bu gün də uğurla davam və inkişaf etdirilir.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanışlıq oub.