Sayt xəritəsi

XƏBƏRLƏR

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB.

05.03.2015

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk dəfə olaraq ən müasir informasiya texnologiyalarından istifadə etməklə Naxçıvan Dövlət Universiteti  də AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşlarının birgə iştirakı ilə internet vasitəsilə iclasa bağlanıb. AMEA-nın Gəncə bölməsi də hesabat iclasının onlayn izləyib.
Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq AMEA-nın Naxçıvan Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, hesabat ilində ümumilikdə Azərbaycan Respublikasının Prezidentinin 19 adda fər¬man və sərən¬cam¬ları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 qərar və sərəncamları bölmənin institutlarının fəaliyyətində əsas götürülüb. Akademik qeyd edib ki, dövlət başçısının Naxçıvan Muxtar Respublikasının 90 il¬lik, Əli bəy Hüseynzadənin 150 illik və Abbasqulu Ağa Bakıxanovun 220 illik yu-bileylərinin keçirilməsi ilə bağlı sərəncamları üzrə müvafiq işlər görülüb.
icra edilib.

İ.Hacıyev vurğulayıb ki, Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Biоresurslar İnstitutunda, Əlyazmalar Fоndunda, Batabat Astrоfizika Rəsədxanasında 2014-cü ildə bir sıra tədqiqatlar həyata keçirilib.

Hesabat ilində bölmənin institutlarında beynəlxalq elmi əlaqələrin davam etdirildiyini vurğulayan akademik ABŞ, Fransa, Türkiyə, Qazaxıstan, Rusiya, İran, və Gürcüstanın elm və təhsil müəssisələri, həmçinin Ümumdünya Təbiəti Mühafizə Fon¬du ilə sıx elmi əlaqələr qurulduğunu qeyd edib.

Ötən il həmçinin, bölmənin www.ameanb.nakhchivan.az elektron portalına yeni sə¬hi¬fələr əlavə edilib, məlumatlar yenilənib. Bölmənin Elmi Ki¬tabxa¬na-sında müx¬¬təlif elm sahələrinə aid 121 ədəd kitabın elektron variantı ha¬zır-lanıb ki, onlar¬dan 89-u www.e-kitab.ameanb.nmr.az elektron porta¬lı¬na, 32-i isə kitab¬xa¬nada daxili şəbəkədə yerləş¬di¬¬rilib. Bölmə¬ əməkdaşları tərəfindən Wikipedia vir¬tu¬al ensiklopediyasında çoxlu sayda yeni səhifə, şablon, kateqoriya yaradılıb, düzəlişlər edilib.

Sonra iclasda AMEA-nın Gəncə Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən hesabat məruzəsi dinlənilib. Bölmənin sədri, akademik Fuad Əliyev bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyası üzrə müvafiq müddəların həlli istiqamətində elmi araşdırmalar aparılıb.

Akademik qeyd edib ki, hesabat ilində Qərb Bölgəsindəki təbii sərvətlərin səmərəli istifadəsi, ekoloji problemlərin həlli üçün təkrar emal texnologiyaların işlənib hazırlanması, qeyri-neft sektorunun inkişafına dair sərəncamlardan irəli gələn qərarların həyata keçirilməsi istiqamətində elmi tədqiqat işləri görülüb. Həmçinin, bölgənin zəngin flora və faunasının, bioresurslarının tədqiqi, onlardan farmokopeya və kosmetologiyada istifadə olunması, alternativ enerji mənbəyi kimi regionda geniş yayılmış mineral və termal suların tədqiqi həyata keçirilib. Hesabat ilində ölkə başçısının sərəncamına uyğun olaraq böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib. Hesabat ilində 19 elmi monoqrafiya çapa təqdim edilmiş, Venesuela, Avstriya və Almaniyada dahi mütəfəkkirin irsi ilə bağlı alman və ingilis dillərində Gəncə tədqiqatçılarının məqalələri çap olunub.

İlk dəfə olaraq Naxçıvan və Gəncə bölmələrinin də internet vasitəsilə audiovizual formada birbaşa bağlandığı iclas Rəyasət Heyəti tərəfindən yüksək qiymətləndirilib. Bildirilib ki, bu cür elektron resurslardan istifadə Azərbaycan elminin ən son texnoloji yeniliklərə verdiyi önəmin göstəricisidir.
Onlayn müzakirə şəklində keçən hesabatlarda Naxçıvan Dövlət Universiteti  və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları canlı bağlantı vasitəsilə sual-cavabda iştirak ediblər. Sonra Rəyasət Heyətinin qərarı ilə hesabatlar təsdiq olunub, əldə edilmiş mühüm nəticələr bəyənilib bölmələr üzrə statistik məlumatlar nəzərə alınaraq AMEA-nın illik hesabatına daxil edilib.