Sayt xəritəsi

XƏBƏRLƏR

BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR.

09.03.2015

 

Naxçıvan Dövlət Universitetində 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin qadın əməkdaşlarını təbrik edərək, ali məktəb tarixində onların əvəzolunmaz yerindən və rolundan danışıb. Qeyd olunub ki, Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlayıb. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazıb. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər. XX əsrdən etibarən Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu artmağa başlayıb  və bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən böyük və uğurlu siyasətin əməli nəticəsidir. Bu siyasət Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri Vasif Talıbov tərəfindən də uğurla davam etdirilir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasova “Aərbaycan qadınları müstəqillik illərində” mövzusundakı məruzəsində Sara xatun, Xurşidbanu Natəvan, Züleyxa Seyidməmmədova, Qəmər Salamzadə, Qəmər Almaszadə, Leyla Məmmədbəyova, Sona Nuriyeva, Aida İmanquliyeva, Zərifə Əliyeva kimi xalqımızın tarixində silinməz izlər qoymuş  görkəmli qadın şəxsiyyətləri haqqında danışıb. Qeyd olunub ki, ölkədə qadın problemlərinin həllinə daima dövlət qayğısı göstərilir və sevindirici haldır ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində qadınlarımız  dünya səviyyəsində də öz sözünü deyə bilir.

Bayram tədbiri universitetin Tələbə Teatr Studiyasının hazırladığı ədəbi-bədii proqramla davam edib.