Sayt xəritəsi

XƏBƏRLƏR

MÜŞAVİRƏDƏ TƏHSİLİN İNKİŞAFININ PRİORİTET İSTİQAMƏTLƏRİ MÜƏYYƏNLƏŞDİRİLİB

17.03.2015

 

 Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirənın yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək müşavirədə müzakirə olunan məsələlərdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri Vasif Talıbov müşavirədəki çıxışında ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasından, təhsil siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, muxtar respublikada təhsilin müasir inkişaf səviyyəsindən bəhs edib. Rektor, Ali Məclisin Sədrinin müşavirədə verdiyi tövsiyə və tapşırıqları, ali təhsilin inkişafı məqsədilə müəyyənləşdirdiyi prioritet istiqamətləri diqqətə çatdıraraq 2014-2015-ci tədris ilində universitetin elm, tədris, beynəlxalq əməkdaşlıq sahəsində qazandığı nailiyyətlərə nəzər salıb. Qeyd olunub ki, çoxillik ənənələrə, tarixi inkişaf yoluna malik universitetdə müasir dünya təhsil sisteminin tələblərinə cavab vermək üçün əhəmiyyətli addımlar atılıb. Universitetin maddi-texniki bazasını gücləndirilməsinə bilavasitə dövlət qayğısının nəticəsidir ki, ötən tədris ilində yeni tədris korpusları tikilib, müasir avadanlıqlarla təchiz olunmuş yeni tədris laboratoriyaları, fənn kabinələri istifadəyə verilib. “Baytarlıq” ixtisasının yeni tədris korpusunun və müasir tipli universitet xəstəxanasının binası isə bu yaxınlarda istifadəyə veriləcək. Dünyanın 80-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edən bu ali məktəb TEMPUS proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çox hörmətli Vasif Talıbovun iştirakı ilə  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə  həyata keçirilən, Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin açılışı  bütünlükdə Azərbaycan ali təhsil tarixində əlamətdar hadisədir. Rektor, Ali Məclisin Sədrinin müşavirədəki çıxışında öz kökünə, adət-ənənəsinə, ana dilinə və torpağına sədaqətli, vətənpərvər və təhsilli gənclik yetişdirməklə bağlı qarşıya qoyulan vəzifələr, görüləcək işlər barədə də məlumat verib.           

Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid 14 mart 2015- ci il tarixdə keçirilən müşavirə ilə bağlı ətraflı məruzə edərək bildirib ki, Cənab Sədr müşavirədəki çıxışında müasir dövrün məktəbi dedikdə burada yalnız tikilən və yeni yaradılan binalara deyil, eyni zamanda onun bütünlükdə məzmununa da diqqət yetirildiyini xüsusi vurğulayıb, tədris binasında yaradılan şəraitin səviyyəsinin təhsil alanın psixologiyasına və tədrisin səviyyəsinə təsir göstərdiyini qeyd edib. Tədris işləri üzrə prorektor vurğulayıb ki, Naxçıvan Dövlət Universitetində bakalavr, magistratura, rezidentura və doktorantura səviyyələri üzrə kadr hazırlığı uğurla həyata keçirilir. 10 fakültə və  47 kafedranın, magistratura və xarici tələbələrlə iş üzrə dekanlıqların fəaliyyət göstərdiyi universitetdə hazırda 237 nəfəri xarici ölkə vətəndaşı olmaqla 5349 nəfər tələbə ali təhsil alır. Cənab Sədrin çıxışında qeyd etdiyi kimi, yeniləşmiş təhsil mühitində tədrisin təşkili formalarının tətbiqi məqsədilə universitetdə Boloniya prosesinə keçidlə bağlı proqram təminatı, qiymətləndirmə, mobillik və s. məsələlər təcrübə mübadiləsi əsasında inkişaf etdirilir. Gürcüstanın Batumi Dövlət Universiteti, Çexiya Masarik Universiteti, Rumıniyanın Babeş-Bolyai Universiteti, Penza Dövlət Universiteti ilə razılaşdırılmış müqavilələr əsasında tələbə mobilliyi həyata keçirilir. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə ölkə üzrə birinci yeri tutması isə muxtar respublikada ali təhsilin inkişafına göstərilən dövlət qayğısının əməli nəticəsidir. Universitetin beynəlxalq reytinq cəsvəllərində yerinin müəyyənləşdirilməsi növbəti tədris ilində qarşıya qoyulan əsas hədəflərdəndir. Bu ali təhsil ocağında beynəlxalq əlaqələrin gücləndirilməsi, müəllim və tələbə mübadiləsinin davam etdirilməsi istiqamətində də əhəmiyyətli işlər görülür. 2 nəfər AMEA-nın həqiqi, 7 nəfər müxbir üzvünün, 28 professor, 28 elmlər doktoru, 178 fəlsəfə doktoru, 11 dosentin fəaliyyət göstərdiyi ali məktəb kollektivi bundan sonrakı fəaliyyətinimüşavirədə elmi fəaliyyət istiqaməti üçün verilən tövsiyələr əsasında quracaq. Universitetin çoxsaylı professor-müəllim heyəti Ali Məclis Sədrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, yüksək nizam-intizam yaradılması ilə bağlı tapşırıqlarını rəhbər tutacaq, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışacaq.        Tələbə Elmi Cəmiyyətinin sədri  Ramazan Abdullayev çıxış edərək universitetin keçdiyi inkişaf yolundan, tələbələrin elm və təhsildə, ictimai işlərdə çalışmaları üçün hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından danışıb. Diqqətə çatdırılıb ki, ötən tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə 400-dən çox tələbə elmi-tədqiqat işlərinə cəlb olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında GənclərFondu ilə birgə “Naxçıvanı kəşf et”, “I zəka Oyunları” festivalı keçirilib. Ramazan Abdullayev tələbələr adından söz verib ki, daha yaxşı oxuyacaq, elm və təhsildə fərqlənəcək, dövlətçilik ideyalarını, milli dəyərləri sədaqətlə yaşadıb inkişaf etdirəcəklər.