Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ TƏHSİL ALAN XARİCİ TƏLƏBƏLƏRLƏ NOVRUZ ŞƏNLİYİ

18.03.2015

Naxçıvan Dövlət Universitetində ali təhsil ocağında çalışan müəllimlər və təhsil alan xarici tələbələrlə birgə Novruz şənliyi keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ilk öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən, ədəbiyyat sahəsi üzrə “Poetik-praktik Azərbaycan dili” dərs vəsaitinə görə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudovu Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsi münasibətilə təbrik edərək, alimə bundan sonrakı fəaliyyətində uğurlar diləyib. Rektor, xarici tələbələrə və tədbir iştirakçılarına Novruz bayramının dərin  tarixə malik olan təkcə  təkamül rəmzi deyil, həm də təbiətin oyanışı, insanların arzu və ümidlərinin, niyyətlərinin  pöhrələnməsini təcəssüm edən bir bayram olduğunu bildirib. Qeyd olunub ki, sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılıb, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Novruz adət ənənələri haqqında danışan rektor, əziz bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Tədbir bayram süfrəsi arxasında davam etdirilib. Azәrbaycan milli mətbəxinin nümunələri, Novruz şirniyyatları təqdim edilib.