Sayt xəritəsi

XƏBƏRLƏR

SOYQIRIM – TARİXİ HƏQİQƏTLƏR ERMƏNİ VANDALİZMİNİ İFŞA EDİR

29.03.2015

 

Naxçıvan Dövlət Universitetində 31 Mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş elmi konfrans keçirilib.Konfransda giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, ermənilər XIX əsrin sonlarından etibarən Azərbaycan xalqına qarşı soyqırım və deportasiya, etnik təmizləmə  siyasəti yürütmüş, 1905-07, 1918-20, 1946-48-ci illərdə Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda dəhşətli faciələr törətmiş, nəticədə 12 min azərbaycanlı qətlə yetirilmiş, 10 min nəfər itgin düşmüşdür. Ötən əsrin 80-ci illərindən etibarən mənfur düşmənlərimiz Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı işğalçılıq müharibəsinə başlamış, Azərbaycan torpaqlarını mənimsəmişlər.mBu tarixi həqiqətlər unudulmamalı, dünya ictimaiyyətinə yetərincə çatdırılmalıdır.                               

Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Arif  “Heydər Əliyev və Azərbaycanda soyqırım tarixinə ümumdövlət münasibəti” mövzulu məruzəsində vurğulayıb ki, 1918-20-ci illərdə Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min nəfər erməni vandalları tərəfindən vəhşicəsinə öldürülmüşdür. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə, əksər xristian dövlətlərinin havadarlığı ilə həyata keçirilmiş, iki milyona yaxın azərbaycanlı bu siyasətin qurbanı olmuşdur. Xalqımıza qarşı dəfələrlə törədilən bu soyqırım aktına tarixi, siyasi və hüquqi qiymət verilməsi dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin  adı ilə bağlıdır. Belə ki, dahi öndər 1998-ci il 26 mart tarixdə «Azərbaycanlıların soyqırımı haqqında» fərman, digər mühüm qərarlar imzalamışdır. Azərbaycan həqiqətlərinin dünya dövlətləri və ictimaiyyətinə çatdırılması istiqamətində aparılan məqsədyönlü siyasət Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Aynur Ləzgiyeva “1918-1920-ci illərdə Naxçıvanda ermənilərin azərbaycanlılara qarşı soyqırımı” məruzəsində məlumat verib ki, 1918-ci ildə daşnak höküməti Zəngəzur, Şərur, Naxçıvan, Ordubad qəzasında yaşayan müsəlmanları qırmaqla bu torpaqları Ermənistan ərazisinə birləşdirməyi planlaşdırmışdı. 1918-21-ci illərdə Naxçıvanda Osmanlı qoşunları ilə Andranikin silahı dəstələri arasında şıddətli döyüşlər getmiş, ermənilər tərəfindən 73.727 nəfər azərbaycnlı qətlə yetirilmiş, Andranikin qoşunları Naxçıvnda 15 kəndi viran qoymuşdur. Lakin yerli öüzünümüdafiə dəstələri və türk əsgərləri erməni işğalçılarına qarşı əzmkarlıq və mətanətlə mübarizə aparmış, 1918-ci ilin noyabrında öz müstəqilliyini elan edən Naxçıvanda Araz-Türk Respublikası regionun ərarzi toxunulmazlığı istiqamətində fəaliyyət göstərmişdir. Soyqırım hadisəsi ilə bağlı real tarixi faktlar isə Azərbaycan müstəqillik əldə etdikdən sonra, ümummilli liderin siyasi uzaqgörənliyi ilə dünya ictimaiyyətinə çatdırılmışdır.                           

Konfransda soyqırımdan bəhs edən sənədli film nümayiş olunub.