Sayt xəritəsi

XƏBƏRLƏR

ÇEMPİON TƏLƏBƏ 28-Cİ DÜNYA UNİVERSİADASINA VƏSİQƏ QAZANIB

29.03.2015

 

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Bakı şəhərində keçirilən XII Respublika Universiadasında Naxçıvan Dövlət Universitetinin tələbələri yüksək nəticələr əldə ediblər.

İdmanın sərbəst güləş növü üzrə keçirilən yarışlarda Naxçıvan Dövlət Universitetinin tələbəsi Yaqubov Ramid 60 kq çəki dərəcəsində çempion olaraq, bu il iyul ayının 3-14-də Cənubi Koreyada keçiriləcək tələbələrin 28-ci Dünya Universiadasında iştirak etmək hüququ qazanıb. Azər Əliyev isə 74 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb. Qeyd edək ki, idmançı tələbələr yarışlara Naxçıvan Dövlət Universitetinin Tələbə İdman Klubunun sədri, dosent Məmmədəli Rəhimovun rəhbərliyi ilə qatılıblar.

Şahmat üzrə keçirilən yarışlarda isə universitetin tələbəsi Toğrul Hacızadə 51 şahmatçı arasından 5-ci yerə layiq görülüb. Bu yarışlarda Toğrul Hacızadə ilə turnir cədvəlinə liderlik edən şahmatçı arasında cəmi yarm xal fərq olub.