Sayt xəritəsi

XƏBƏRLƏR

YAP UNİVERSİTET ŞƏHƏRCİYİ ƏRAZİ İLK TƏŞKİLATINA ƏRİZƏ İLƏ MÜARİCƏT EDƏN TƏLƏBƏLƏR ÜÇÜN MÜTƏMADİ SORĞU SUALLAR KEÇİRİLİR

05.04.2015

 

23 il əvvəl 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində yaradılan Yeni Azərbaycan Partiyası özünün əsasını qoyduğu ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında elə bir inkişaf yolu keçmişdir ki, bu dövr həm də müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm bir tarixi mərhələ olmuşdur. Üzvlərinin sayı artaraq 600 min nəfəri keçən Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən təşəkkül tapmış, inkişaf etmiş, möhkəmlənmiş, ümumxalq partiyasına çevrilmişdir.

YAP yarandığı  gündə  Naxçıvan Dövlət Universitetində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatı da fəaliyyətə başlamışdır. Naxçıvan Dövlət Universitetində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşkilatçılığı ilə ənənəvi olaraq universitetin bütün fakültələrində YAP sıralarına öz ərizələri əsasında üzv qəbul olmaq istəyən tələbələrlə sorğu-sual aparılır  və verilən sualları düzgün cavablandıran tələbələrin ərizələri qəbul olunur. Sualları düzgün cavablandıra bilməyən tələbələrə isə yenidən hazırlaşmaq imkanı verilir və onlar növbəti sorğu-sualda iştirak edirlər. Sorğu-sualı keçirməkdə əsas məqsəd YAP sıralarına bilikli və dünyagörüşlü tələbələrinin üzv qəbul olunmasına köməklik göstərməkdir. Təqdirəlayiq haldır ki, Yeni Azərbaycan Pariyasına üzv olmaq istəyən gənclərin sayı durmadan artır. Naxçıvan Dövlət Universitetinin 2014-2015-ci tədris ilində 600 nəfərdən çox tələbəsi partiya sıralarına üzv olmaq üçün YAP Universitet Şəhərciyi ərazi ilk təşkilatına ərizə ilə müaricət etmişlər. Bugün keçirilən sorğu-sualda universitetin İqtisad fakültəsinin 23 nəfər tələbəsi iştirak etmişdir. YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının, eləcə də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika və Naxçıvan Şəhər Təşkilatlarının nümayəndələrindən ibarət  birgə komissiya yaradılmış, komissiya üzvləri tərəfindən tələbələrə YAP-ın yaranma tarixi, keçdiyi inkişaf yolu həmçinin ümumi dünyagörüşünə aid suallar verilib. Komissiya üzvlərinin birgə qərarı ilə verilən sualları yaxşı cavablandıran tələbələrin ərizələri qəbul olunub.