Sayt xəritəsi

XƏBƏRLƏR

TARİXİN GEDİŞİNİ DƏYİŞƏN DAHİ ŞƏXSİYYƏT

13.04.2015


Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsi tələbələrinin iştirakı ilə “Tarixin gedişini dəyişən dahi şəxsiyyət” mövzusunda açıq dərs keçirilib.

Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qərib Allahverdiyevin mövzu ətrafında məruzəsi dinlənilib. Açıq dərsdə, tariximizin yaddaşına dahi rəhbər, dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı, sülhün müdafiəçisi, həyatı və əməlləri ilə nəsillərə örnək olan ümummilli lideri Heydər Əliyevin keçdiyi böyük, şərəfli tarixi yola nəzər  salınıb, fenomen, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edilib. Bildirilib ki, dahi rəhbər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Ümummilli liderin yüksək idarəçilik məharəti və böyük siyasi təcrübəsi sayəsində müstəqil, çiçəklənən və firavan Azərbaycanın təməli qoyulub. Ulu Öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycan xalqı və dövlətinin gələcəyi üçün tarixi önəm kəsb edir.

Məruzəçi, müstəqilliyimizin təminatçısı dahi rəhbər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin dönməzliyi və əbədiliyinin təmin olunması uğrunda yorulmaz mübarizəsi, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət qurulması istiqamətində həyata keçirdiyi islahatlar barədə danışıb. Vurğulanıb ki, böyük şəxsiyyətlər tarixin gedişinə güclü təsir göstərə bilirlər. Bu tarixin sınağından çıxmış bir həqiqət kimi real həyatda dəfələrlə öz təsdiqini tapıb. Məhz dahi Heydər Əliyev şəxsiyyəti də, Azərbaycan xalqının inkişaf tarixinə öz əbədi möhürünü vurub və həmin tarix yüksələn xətt üzrə bu gün də uğurla davam və inkişaf etdirilir.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanışlıq oub.