Sayt xəritəsi

XƏBƏRLƏR

ELMİ-NƏZƏRİ SEMİNAR

21.04.2015

 

Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində “Metallarda elektronların çıxış işi. Kontakt potensiallar fərqi. Termoelektrik effektləri və onların tətbiqləri” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Seminarı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev bildirib ki, Azərbaycanın öncül ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universiteti milli kadr hazırlığı prosesinə sanballı töhfələr verməklə yanaşı dəqiq elmlər sahəsində qazandığı nailiyyətlərlə də nüfuzunu qoruyur. Mövcud olduğu dövr ərzində yüz minlərlə insanın taleyində mühüm rol oynamış, ayrı-ayrı dövlət qurumları üçün layiqli mütəxəssislər hazırlamış  universitetin digər sahələrdə olduğu kimi, fizika və riyaziyyat sahələrində də yetirmələri olduğunu nəzərə çatdıran natiq, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Sonra ümumi və nəzəri fizika kafedrasının müdiri, dosent Fərman Qocayevin “Metallarda elektronların çıxış işi. Kontakt potensiallar fərqi. Termoelektrik effektləri və onların tətbiqləri” mövzusunda məruzəsi dinlənilib.