Sayt xəritəsi

XƏBƏRLƏR

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCAN

03.05.2015

 

Muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir. Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısını almış, inkişafa nail olmuşdusa, 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətlərdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dünyəvi dövlətə çevirmişdir. Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.

Ramil Orucəliyev, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli müstəqilliyin əldə olunmasında və qorunmasında, Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətə malik bir dövlət kimi inkişafında, Azərbaycançılıq ideologiyasının təbliğindəki əvəzsiz rolundan danışaraq, Azərbaycan tarixində “Heydər Əliyev erası” kimi səciyyələndirilən inkişaf yolunun ayrı-ayrı mərhələləri haqqında açıq dərs iştirakçılarına məlumat verib. Qeyd olunub ki, dahi öndərin həyat və mübarizə yolu, millilik ideologiyası, Vətən sevgisi gələcək nəsillər üçün qiymətli mirasdır. Qeyd olunub ki, Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük bacarıqla tətbiq edilir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi ulu öndər Heydər Əliyevin təbirincə desək, dönməzdir, əbədidir, daimidir.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanışlıq olub.