Sayt xəritəsi

XƏBƏRLƏR

1941-1945-Cİ İLLƏR MÜHARİBƏSİ VETERANLARI İLƏ GÖRÜŞ

06.05.2015

Naxçıvan Dövlət Universitetində 1941-1945-ci illər müharibəsi veteranları ilə görüş keçirilib. Faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə keçirilən tədbiri Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Qeyd olunub ki, ikinci dünya müharibəsində Azərbaycan xalqı istər ön, istərsə də arxa cəbhədə misilsiz döyüşlə əmək rəşadəti göstərib.  Rektor vurğulayıb ki, qələbənin 70 illiyi ərəfəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi və növbədə olan bütün veteranların avtomobillərlə təmin olunması ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent Xəzər Hüseynov çıxışında 1941-1945-ci illər müharibəsində Naxçıvan Muxtar Respublikasından 30 min nəfərdən çox oğul və qızlarımızın müharibəyə getdiyini nəzərə çatdırıb. Bildirilib ki, onlar Azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 416-cı və 402-ci divizyalarda döyüş əməliyyatlarında mərdlik və cəsarət nümunəsi göstərərək, işğal edilmiş ərazilərin azad edilməsində yaxından iştirak ediblər. Qeyd olunub ki, müharibə başlayandan qısa müddət ərzində Respublikada 87 qırıcı təyyara batalyonu və 1124 müdafiə batalionları təşkil olunub, 700 minə yaxın insan müharibəyə yola salınıb.

Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev, şuranın sədr müavini Heydər Heydərov həmin illərdə qazanılan qələbəyə aparan yollar, ağır döyüşlər barədə öz xatirələrini gənc nəslə çatdırıblar. Veteranlar, ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra veteranlara göstərilən yüksək dövlət qayğısından danışaraq, hazırda cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıblar.Onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə 1941-1945-ci illər müharibəsi illərini əks etdirən slaydlar nümayiş olunub.

Sonda AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yubiley münasibətilə veteranlara hədiyyələr təqdim edərək, onları təbrik edib.