Sayt xəritəsi

XƏBƏRLƏR

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ

07.05.2015

 

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyevin səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. Ulu öndər bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi. Natiq qeyd edib ki, əgər dahi rəhbər Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümükün olmayacaqdır.

Universitet Gənclər Təşkilatının sədri, Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayevin  “Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyev ideyaları”, Tələbə YAP Gənclər Birliyinin sədr müavini Elgün Tağıyevin “ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasının I kurs magistrantı Gülsüm Nuriyevanın “Müstəqil Azərbaycanın qurucusu” mövzularında məruzələri dinlənilib. Məruzələrdə vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq canlı əfsanəyə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir.