Sayt xəritəsi

XƏBƏRLƏR

AZƏRBAYCANIN QURTULUŞ TARİXİ

08.06.2015


Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən  Heydər Əliyev Universitetinin 194-cü məşğələsi keçirilib. 15 İyun Milli Qurtuluş günü münasibəti ilə, “Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda keçirilən məşğələni  giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Saleh Məhərrəmov açıb. Rektor Milli Qurtuluş gününün tarixindən, XX əsrin sonlarında Azərbaycanda geniş vüsət alan milli azadlıq hərəkatından, ümummilli lider Heydər Əliyevin milli müstəqilliyin qazanılması və qorunub saxlanılmasındakı əvəzsiz rolundan danışıb. Qeyd olunub ki, dahi siyasətçi Heydər Əliyev 1993-cü ildə o zamankı rəhbərliyin dəvəti, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməklə Azərbaycanı dövlət müstəqilliyini itirmək, vətəndaş müharibəsi, siyasi parçalanma kimi faciələrdən xilas edib. Məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan Azərbaycan məhz onun sayəsində bu bəlalardan qurtarıb, dinamik inkişaf edərək dünya dövlətləri sırasında layiqli yer tutub. Ulu öndərin müdrik siyasəti Azərbaycan Respublikası Prezident İlham Əliyev, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən bu gün uğurla davam etdirilir.   

Azərbaycan tarixi kafedrsının müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar müəllim Zəhmət Şahverdiyev mövzu ilə bağlı məruzə edərək bildirib ki,  Heydər Əliyev uzaqgörən siyasəti, liderlik qətiyyəti, beynəlxalq siyasi nüfuzu ilə Azərbaycan dövlətçiliyini qurtuluş və nicat yoluna çıxarıb. Məruzəçi ötən əsrin 90-cı illərində baş verən ictimai-siyasi prosesləri o dövrün şahidi, tarixçi alim, bir vətəndaş ziyalı kimi şərh edərək vurğulayıb ki, Azərbaycan o dövrdə iqtisadi, siyasi, mədəni, hərbi böhran vəziyyətində idi. Lakin ümummilli liderin rəhbərliyi ilə ölkəmiz tezliklə siyasi xaos və parçalanmadan, yenidən müstəmləkəyə çevrilmək təhlükəsindən xilas oldu, hətta öz siyasi-iqtisadi strategiyasını müəyyənləşdirən güclü dövlətə  çevrildi. Məruzəçi qeyd edib ki, bu dövr tarixçilər və siyasətçilər tərəfindən aşağıdakı mərhələlər üzrə xarakterizə olunur: 1) Heydər Əliyevin Moskvadan Bakıya, oradan da Naxçıvana gələrək xalqla yekdillik və həmrəylik nümayiş etdirməsi; 2) Heydər Əliyevin Naxçıvanda şəriksiz siyasi liderə çevrilməsi; 3) Heydər Əliyevin Naxçıvan Muxtar respublikası Ali Məclisini Sədri kimi siyasi fəaliyyətini genişləndirməsi; 4) xalqın tələbi ilə Azərbaycana rəhbər seçilməsi. Ümummilli liderin müdrik siyasətçi olması bir də onda öz təsdiqini tapıb ki, o, Azərbaycanın taleyini, dövlətçilik sükanını  müstəqil dövlətçiliyi daha da təkmilləşdirib inkişaf etdirə biləcək bir siyasi xadimə etibar edib. Müasir Azərbaycanda, o cümlədən Naxçıvanda ən müxtəlif sahələrdə qazanılan mühüm uğurlar  bunu bir daha təsdiq edir. Məşğələ diskussiya şəklində yekunlaşıb