Sayt xəritəsi

XƏBƏRLƏR

NMR DAŞINMAZ ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ NDU-NUN TƏBİƏTŞÜNASLIQ VƏ KƏND TƏSƏRRÜFATI FAKÜLTƏSİNDƏKİ MÜVAFİQ İXTİSASLARINI HAMİLİYƏ GÖTÜRÜB

01.10.2015

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada fəaliyyət göstərən müxtəlif nazirlik və təşkilatların nümayəndələri Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslarının tələbələri ilə görüşlər keçirir.                            

Növbəti görüş Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin yenicə yaradılımış Torpaqşünaslıq və aqrokimya, habelə Coğrafiya müəllimliyi, Biologiya müəllimliyi ixtisaslarının  I kurs, Ekologiya ixtisasının isə III kurs tələbələri ilə keçirilib. Görüşdə universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsədə doktoru, dosent Mübariz Nuriyev sərəncamın muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin müəyyənləşdirilməsi və gələcəkdə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətindən danışıb.                

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə 2015-ci il 27 iyul tarixli sərəncamın muxtar respublikada fəaliyyət göstərən təşkilatlarla ali təhsil müəssiləri arasında əməkdaşlığın inkişafı, tələbələrə təcrübi biliklərin öyrədilməsi baxımından zəruriliyini vurğulayıb. Məlumat verilib ki, komitənin bu məqsədlə hazırladığı tədbirlər planında tələbələrə dərslik, dərs vəsaitləri, elektron nəşrlər və əyani vəsaitlərin hədiyyə olunması, virtual dərslərin təşkili, istehsalat bazasında təcrübələrin təşkili nəzərdə tutlur.         

Sonra, iqtisad üzrə fəlsəfə doktoru, dosent  Müslüm Cabbarzadə tələbələrə “Ümummilli lider Heydər Əliyevin torpaq islahatı və aqrar sektorun inkişafı” mövzusunda tələbələrə mühazirə keçib. İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə, slaydlar şəklində keçirilən mühazirənin sonunda tələbələrin sualları cavablandırlıb.                

Sonda tələbələrə dərslik və monoqrafiayalr, xəritələr, elektron nəşrlər hədiyyə edilib.