Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TƏLƏBƏLƏR QARS QAFQAZ UNİVERSİTETİNDƏ TƏCRÜBƏDƏ OLUBLAR

09.11.2016

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti kafedrasının müdiri Yunis Rüstəmli, həmin kafedranın müəllimi Həsən Qənbərov və tələbələr Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsində beş günlük klinik təcrübə və dərslərdə iştirak ediblər.

Baytarlıq təbabəti kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli verdiyi məlumata görə tələbələr əvvəlcə Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsinin ümumi quruluşu, fermaları, təcrübə sahələri, laboratoriya və klinikaları ilə tanış olub. heyvanların saxlanılması, bəslənilməsi və yemləndirilməsi şəraitinə baxıblar. Tələbələr heyvan anatomiyası, cərrahiyyə və süni mayalanma fənləri üzrə mühazirə və laboratoriya dərslərini dinləyiblər.


Təcrübə müddətində klinikaya gətirilmiş xəstə heyvanların qeydə alınması, müayinə edilməsi və müalicəsi öyrənilib. Tələbələr əsasən, cərrahi xəstə heyvanı müalicə etmək üçün əvvəlcə onun təsbit və müayinə edilməsi, sonra əməliyyat sahəsi və əllərin hazırlanması, müəllimlərlə birgə əməliyyatın aparılması proseslərində iştirak ediblər. Təcrabəçilərə məliyyatdan sonra xəstə heyvanlara qulluq qaydaları da aşılanıb. Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsində keçirilən Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirdə də iştirak ediblər. Dərsdən sonrakı vaxtlarda müəllim və tələbə heyyəti Qars şəhərinin tarixi abidələri və görməli yerlərinə səyahət ediblər.

Baytarlıq təbabəti kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli bildirdi ki, səfər zamanı iki universitet arasındakı çoxillik əməkdaşlığın davamı, müəllim-tələbə mübadiləsinin inkişaf etdirilməsi, Naxçıvan Dövlət Universitetinin Baytarlıq kafedrasının laboratiyaları üçün reaktiv və digər ləvazimatların alınması barədə razılığa gəlinib.