Sayt xəritəsi

XƏBƏRLƏR

XOCALI - UNUDULMAZ FACİƏ

24.02.2017

Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş  silsilə tədbirlər keçirilib.

Universitetin Gənclər Təşkilatlarının təşkil etdiyi ənənəvi internetaksiya başlamazdan əvvəl rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək tələbə gəncliyin Xocalı soyqırımının tarixdə baş verən ən dəhşətli bəşəri faciə kimi dünya ictimaiyyətinə çatdırılmasında, erməni vandalizminin ifşa olunmasında fəallıq nümayiş etdirməsini yüksək qiymətləndirib.

Universitetin Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev çıxışında Heydər Əliyev Fondunun 2008-ci il dən etibarən “Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsilə bu soyqırımın beynəlxalq müstəvidə tanıdılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirilib ki, iki gün davam edəcək internetaksiya dünya ictimaiyyətində erməni terrorizmi, onların işğalçılıq siyasəti haqqında dolğun rəy formalaşdırmağa xidmət edəcək. İnternetaksiya zamanı Xocalı həqiqətləri ildə 6 dildə mətnlər, fotoşəkillər və slaydlar şəklində dünyanın 50 ölkəsinin 500-ə yaxın elektron poçt ünvanına, rəsmi internet səhifələrinə göndərilib. Universitetin xarici ölkə vətəndaşları olan tələbələri də internetaksiyada fəal iştirak ediblər.

Təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələrinin rəsm əsələrindən ibarət növbəti sərgi də Xocalı soyqırımına həsr olunub. Sərginin açılış mərasimi şəhidlərimizin xatirəsinin anılması başlayıb.Tədbirdə çıxış edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda apardığı şərəfli mübarizənin, qəhrəmanlıq tariximizin təbliğində, xalqımıza qarşı törədilən soyqırım və qətliamların ifşasında  təsviri sənətin mühüm rolundan danışıb. Sonra sərgiyə baxış olub. Müəllimlərdən  Əlövsət Allahverdiyevin, Fəridə Əhmədovanın, tələbələrdən Nurtac Zamanova, Nuranə Novruzova, Çimnaz Gözəlova, Fəxriyyə Qədimbəyli və digərlərinin yağlı və sulu boya ilə çəkdikləri əsərlər əsasən plakat janrında işənib. Vətənpərvərlik və qəhrəmanlıq hissləri, azğın düşmənə qarşı nifrət və qisas aşılayan təsviri sənət nümunələri maraqla qarşılanıb. Sərginin nümayişi bir neçə gün davam edəcək.