Sayt xəritəsi

XƏBƏRLƏR

QİDA TƏHLÜKƏSİZLİYİ QLOBAL İQTİSADİ PROBLEMLƏRDƏN BİRİDİR

27.02.2017

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsində "Qida Təhlükəsizliyi Qloballaşan dünyanın mühüm problemlərindən biri kimi" mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda insanların ekoloji cəhətdən təhlükəsiz şəraitdə yaşaması və təmiz qida ilə təmin olunması istiqamətində xeyli işlər görüldüyünü qeyd edib.

İqtisadiyyat fakultəsinin dekanı, dosent Mehdi Bağırov "Qloballaşma və Azərbaycan iqtisadiyyatı" adlı məruzədə Azərbaycan Respublikasının 21014-2015-2016-cı illər üzrə iqtisadi inkişaf dinamikasından bəhs edib. Qeyd olunub ki, regionların sosial inkişafının yerinə yetirilməsində 2014-2018-ci illəri əhatə edən və proqramın 3-cü ilinin başa çatması ilə əlaqədar olaraq müşavirədə çap olunan materiallarda göstərilir ki, kənd təsərrüfatı sektoru üzrə Azərbaycan Respublikasında 2,6%, Naxçıvan Muxtar Respublikasında 6,1% artım müşahidə edilib. Ötən il Azərbaycan iqtisadiyyatının beynəlxalq arenada dünya ölkələri sırasında qiymətləndirilməsində irəliləyişə nail olub. 2016-cı ildə kənd təssərüfatı sahiblərinə 2 millyarddan artıq güzəştli kredit verlib. Başlıca  iqtisadi gəlirli sahə olan turizmə gəlincə, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib.

"Ərzaq təminatı strategiyasında qida tıhlükəsizliyi vacib şərtdir" adlı məruzə ilə çıxış edən NDU-nun "Dünya iqtisadiyyatı" kafedrasının müdiri, dosent Ceyhun Mahmudov bildirib ki, qida təhlükəsizliyi milli genefondun qorunmasında və sağlam nəslin yetişdirilməsində təsiredici əsasları özündə cəmləşdirən amildir. Buna görə də Azərbaycanın aqrar siyasətində qida təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır, əhalinin sağlam ərzaq məhsulları ilə təmin edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

"Yeyinti məhsullarının tərkibində olan kənar maddələrin insan orqanizminə təsiri" adlı məruzəsi ilə çıxış edən NDU-nun "Dünya iqtisadiyyatı" kafedrasının dosenti Həsən Məmmədov qlobal iqtisadi problemlərin aradan qaldırılması üçün görülən işlərdən danışıb. Qeyd olunub ki, sağlam qidalanmaq üçün yediyimiz məhsullara qatılan maddələrə diqqət etmək, insan orqanizmi üçün təhlükəli,  konserogen maddələr qatılmış ərzaq məhsullarından qaçmaq lazımdır.

"Təhlükəsiz qida məhsullarının yaradılması istiqamətləri" adlı məruzəsi ilə çıxış edən "Dünya iqtisadiyyatı" ixtisası üzrə III kurs tələbəsi Tural Məmmədzadə vurğulayıb ki, insanların əmək məhsuldarlığının genetik potensialının azalması, ölüm hallarının artamsının başlıca səbəbi qida məhsullarının kifayət qədər yüksək olmayan ekoloji keyfiyyəti ilə bağlıdır.

Konfransın sonunda mövzu ilə bağlı videoçarx izlənilib.