Sayt xəritəsi

XƏBƏRLƏR

ELMİ KONFRANS KEÇİRİLİB

11.04.2017

Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində universitetin 50 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbiri giriş nitqi ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 yanvar 2017-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamı ali təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirib. Muxtar respublikada bütün sahələrə olduğu kimi, dəqiq fənlərin də nkişafına göstərilən diqqətdən danışan rektor universitetdə fizika, biologiya və kimya fənlərinin mükəmməl tədrisi üçün maddi-texniki bazanın mövcud olduğunu, yeni-yeni avadanlıqların alınaraq kabinə və laboratoriyalara verildiyini bildirib. İnformatikanın digər elm sahələrinə təsirindən danışan rektor qeyd edib ki, bütün sahələrdə hesablamalardan istifadə olunur, bu da öz növbəsində informatikanı daha yaxşı öyrənmək zərurətini yaradır.

İnformatika kafedrasının dosenti, riyaziyyat üzrə fəsəfə doktoru Vüqar Salmanov “Müasir təhsil sistemində “Visual Basic” proqramlaşdırma dilinin rolu” adlı təqimatında bildirib ki, Visual Basic dili 1993-cü ildə yaradılmış, hal-hazırda da ən müasir proqramlaşdırma dillərindən biridir. Bütün proqramlaşdırma dilləri kimi Visual Basic proqramlaşdırma dilinin də çox böyük imkanları vardır. Daha sonra Vüqar Salmanov hazırlanmış slayd vasitəsilə verilənlər bazası, Visual Basic proqramlaşdırma dilindən istifadə qaydaları, imkanları və üstünlükləri haqqında tədbir iştirakçılarına məlumat verib.

“Naxçıvan Dövlət Universiteti mənim həyatımda” adlı məruzə ilə çıxış edən Riyazi analiz kafedrasının müdiri, dosent Elşad Ağayev universitetin yaranma tarixi, inkişaf yolu və universitetdəki fəaliyyəti haqqında danışıb.

Sonda universitetin tarixinə aid foto-slayd nümayiş olunub.