Sayt xəritəsi

XƏBƏRLƏR

TENNİS ÜZRƏ UNİVERSİADA

12.04.2017

Naxçıvan Dövlət Universitetinin 50 illiyi ilə əlaqədar tennis üzrə universiada keçirilib.

Bədən Tərbiyəsi və İdman kafedrasının müəllimi, dosent Həsən Babayev raport verib.

Rektor, AMEA-nın muxbir üzvü Saleh Məhərrəmov çıxış edərək universitetdə 40-dan çox idman növü üzrə məşqlərin və yarışlarının keçirildiyini bildirib. Qeyd edib ki, müxtəlif məşqlərin aparılması həm tələbələrin asudə vaxtının səmərəli təşkilinə, həm də zərərli vərdişlərdən uzaq olmasına şərait yaradır. Rektor vurğulayıb ki, bu cür yarışlarda uğur qazananlar ölkə miqyaslı yarışlarda universiteti layiqincə təmsil edirlər. O, tələbələrə uğurlar arzulayıb.

Bədən Tərbiyəsi və İdman kafedrasının baş müəllimi Elza Musayeva yarışın qaydaları haqqında məlumat verib, qaydalarda olan dəyişiklikləri diqqətə çatdırıb.

Sonra İqtisadiyyat və Təbiətşünaslıq və Kənd təsərrüfatı fakülətələrinin oyunu ilə yarışa start verilib. Rektor və rektorluq əməkdaşları yarışın gedişini izləyib.