Sayt xəritəsi

XƏBƏRLƏR

USTAD DƏRSİ

20.04.2017

Naxçıvan Dövlət Universitetində ustad dərslərinin keçirilməsi ənənə halını alıb.

Xalq Artisti, Şöhrət ordenli bəstəkar, professor Tofiq Bakıxanovun rəhbərliyi ilə növbəti ustad dərsi təşkil olunub. Bakı Musiqi Akademiyasının müəllimi, professor Hökümə Əliyeva Müsiqi müəllimliyi və Simli Alətlər ixtisasının tələbələri üçün ustad dərsi keçib.

Hökumə Əliyeva tələbələrə skripka alətinin sirri, ifa texnikası və alətdən düzgün istifadə qaydaları haqqında əyani formada məlumat verib. Bildirib ki, ifa zamanı bədən quruluşu, əl və barmaqların quruluşu ifaya birbaşa təsir edən amillərdir. Peşəkar ifaçı olmaq üçün alətlə mütəmadi məşğul olmağın zəruriliyini qeyd edib.

Professor Tofiq Bakıxanov dərsin gedişini izləyib. Gənc ifaçılara məsləhət və tövsiyyələrini verib. Musiqinin sirrlərinə dərindən yiyələnməyə səsləyib.

Dərslər çərçivəsində bəstəkar 2 saylı Musiqi məktəbinin bir neçə şagirdinin dərsini izləyib.

Qeyd edək ki, ustad dərsləri bir neçə gün də davam edəcək.