Sayt xəritəsi

XƏBƏRLƏR

İĞDIR UNİVERSİTETİNİN REKTORU NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ

28.04.2017

Naxçıvan Dövlət Universitetində ali təhsil ocağının 50 illik yubileyi ilə əlaqədar keçirilən “Naxçıvan Dövlət Universiteti 50 ildə” adlı elmi konfransdan sonra  İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun görüşü keçirilib.


Saleh Məhərrəmov qonaqları salamlayaraq universitetdə elmin bütün sahələri üzrə aparılan kadr hazırlığından, beynəlxalq əlaqələrdən söz açaraq bildirib ki, ümumilikdə, universitetdə 6 minə yaxın tələbə təhsil alır. Onlar arasında Türkiyə, İran, Nigeriya, Banqladeş də daxil olmaqla, 12 ölkədən 300-dən çox xarici vətəndaş vardır. Bildirilib ki, Naxçıvan Dövlət Universiteti qardaş Türkiyənin əksər universitetləri ilə elmi əməkdaşlığa malikdir və növbəti əməkdaşlıq bu əlaqələrin daha da möhkəmlənməsi üçün şərait yaradacaq.


İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma səmimi qəbula görə minnətdarlığını ifadə edib, Naxçıvanda olmaqdan məmnunluğunu bildirib. Rektor Naxçıvan Dövlət Universiteti ilə bir çox sahələrdə uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlı olduğunu və bunun üçün səyləri əsirgəməyəcəklərini deyib.


Görüşdə Mevlana mübadilə proqramı çərçivəsində qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.


Sonda xatirə hədiyyələri təqdim olunub.