Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN HEYƏTİ ÇANKIRI KARATEKİN UNİVERSİTETİNDƏ

05.05.2017

ERASMUS+ Beynəlxalq Mobillik layihəsi çərçivəsində  Naxçıvan Dövlət Universitetinin 5-i tədris, 5-i təlim olmaq üzrə 10 nəfərlik müəllim və işçi heyəti Türkiyə Cümhuriyyətinin Çankırı Şəhərində yerləşən Çankırı Karatekin Universitetində olub.Səfərin ilk günü qonaqlar Çankırı şəhərinin tarixi-mədəni abidələri, gəzməli-görməli yerləri və Çankırı Karatekin Universiteti ilə tanış olublar.Növbəti gün dərs və treninqlərə start verilib. Qeyd edək ki, dərslər və treninqlər elmin müxtəlif sahələrini əhatə edib. Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsinin müdiri, dosent Rafiq Rəhimovun və dosent Elçin Zamanovun dərsləri böyük maraqla qarşılanıb. Elçin Zamanov  XX əsrin əvvəllərində Türkiyə -Azərbaycan cumhuriyyəti tarixi və hər iki dövlətin ortaq tarixi dövrlərindən bəhs edən mühazirələr oxuyub.

İncəsənət fakultəsinin tədris işləri üzrə dekan müavini Mobil Hacıyev Azərbaycan bəstəkarlıq məktəbinin yaranması və inkişafı tarixi,Azərbaycan muğamları, xalq mahnıları və rəqsləri movzularında mühazirələr deyib, musiqilər ifa edib.

İqtisad fakultəsinin tədris işləri üzrə dekan müavini, dosent Əşrəf Ələkbərovun iqtisadiyyat və onun cəmiyyət həyatındakı rolu, bazar  və bazar infrastrukturu, sovet dönəmində Azərbaycan iqtisadiyyatı, Müstəqillikdən sonra Azərbaycan iqtisadiyyatı, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı,dosent Şəmil Mahmudovun kimyəvi rabitə və onun növləri, Kvant ədədləri və onun növləri, Sexiometrik qanunlar, elektronların kvant xanalarının doldurulması qaydası mövzularında mühazirələri dinlənilib.

İngilis dili və metodika kafedrasının müəllimi Cavid Babayev sayıla bilən və sayıla biməyən isimlər,sifət və onun dərəcələri movzularında dərslər keçib.

Treninqlərdə həmçinin Bədən tərbiyəsi və idman kafedrasının müəllimi Nicat Allahverdiyevin idman zallarının yarışlara hazırlanması,yarışların təşkili, Universitet Televiziyasının əməkdaşı Aqşin Məhərrəmovun videoçəkiliş və montaj mövzularında dərsləri dinlənilib. Universitet müəllimləri Şahin Əliyev və Anar Tarverdiyev Çankırı Karatekin Universitetinin Tələbələrlə iş üzrə şöbəsində olaraq tələbə qəbulu qaydaları, qeydiyyat və sənədləşmə prosesi haqqında məlumat toplayıblar. Həmçinin Anar Tarverdiyev ixtisasına uyğun olaraq UniversitetinTikinti işləri və texniki dairə rəhbəri ilə də görüşüb.

Layihə çərçivəsində keçirilən görüşlərdə Naxçıvan Dövlət Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  Düşənbə şəhərindəki filialının və Sudan Alzaim Alazhari Universitetinin nümayəndələri təmsil etdikləri ali təhsil ocaqları barədə videoçarx vasitəsilə ətraflı məlumat veriblər. Sonda sertifikatların təqdimatı olub.

Treninq və dərslər başa çatdıqdan sonra Çankırı Karatekin Universitetinin rektoru, professor Həsən Ayrancı layihə iştirakçıları ilə nahar yeməyində bir araya gəlib. Uluyazı kampusu Mərkəzi Yeməkxana binasında təşkil edilən naharda rektor Həsən Ayrancı  Erasmus + layihəsinə ev sahibliyi etməkdən şad olduğunu deyərək bu tərz layihələrin, dünya üniversiteleriylə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Qonaqlar Çankırı Karatekin Universitetinin rektoru professor Həsən Ayrancıya öz yerli mədəniyyətlərinin izlərini daşıyan xatirə hədiyyələri təqdim ediblər.