Sayt xəritəsi

XƏBƏRLƏR

FƏLSƏFƏ FƏNNİNDƏN MİNİMUM İMTAHANI KEÇİRİLİB

16.06.2017

 İmtahan prosesi ilə tanış olan universitetin rektoru, professor Saleh Məhərrəmov  qeyd edib ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbənin öz biliklərini operativ şəkildə sərgiləməsi, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. Rektor doktorant və dissertantlara uğurlar arzulayıb.

Əvvəlcə imtahan qaydaları haqqında məlumat verilib. Elektron-test üsulu ilə keçirilən imtahanda doktorant və dissertantlara ümumilikdə 50 sual və sualların cavablandırılması üçün 1 saat vaxt verilib. Doktorant və dissertantlar imtahan nəzarətçilərinin köməyi ilə onlara verilən şəxsi kodu kompüterə daxil edərək açılan pəncərədə “imtahana başlamaq” bölümünü seçib. Fənnin və müəllimin adını qeyd edəndən sonra sualları cavablandırıb. Sonda nəzarətçilər tərəfindən şifrənin daxil edilməsi ilə toplanan yekun bal ekranda göstərilib. İmtahanın gedişində ciddi texniki problemlərə, neqativ hallara rast gəlinməyib.Məlumat üçün qeyd edək ki, muxtar respublikada yaşayan doktorant və dissertantlar, eləcə də Naxçıvan Dövlət Universitetinin tələbələri və magistrləri 2011-ci ildən etibarən distant dərslərdə fəal iştirak edirlər. 2012-ci ildən isə universitetdə elektron imtahanlar keçirilir. Naxçıvan Dövlət Universitetində elektron imtahanın müvəffəqiyyətlə keçirilməsi semestr imtahanlarında tətbiq olunan bu yeniliyin dünya təhsil sisteminə inteqrasiya, tədrisdə müasir texnologiyaların tətbiqi baxımından zəruriliyini bir daha sübut edir.