Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNUB

05.09.2017

Naxçıvan Dövlət Universitetində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar yığıncaq keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, hər il payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirələr yeni tədris ilinin başlanğıcından etibarən bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir.  Vurğulanıb ki, muxtar respublikaya verilən fasiləsiz enerji, təbii qaz hasilatı, içməli suya olan tələbatın ödənilməsi, istilik sistemlərinin qurulması  universitetin də bu sarıdan rahatlığına təminat yaradır.

 

Avqust ayının 26-da Ali Məclisdə keçirilmiş müşavirədən sonra artıq universitetdə payız-qış mövsümünə hazırlıq işlərinə start verildiyini önə çəkən Təsərrüfat işləri üzrə prorektor Araz Zalov istilik və elektrik sistemlərinin, su  borularının sazlığının təmin olunması istiqamətində görülən işlərdən danışıb.  

 

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Yusif  Hüseynov universitetdə payız-qış mövsümünə hazırlıqla bağlı görlən işlərin soyuq aylarda tədrisin keyfiyyətətinə təsir edə biləcək halların vaxtında aşkarlanıb aradan qaldırılması baxımından əhəmiyyətini qeyd edib.

 

Yığıncaqda verilmiş təklifləri dəyərləndirən rektor universitet şəhərciyinin payız-qış mövsümünə vaxtında hazırlanmasının vacibliyini qeyd edib.