Sayt xəritəsi

XƏBƏRLƏR

“NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏ VƏ ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNİN GƏLƏCƏYİ”

21.09.2017

Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində “Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrindən istifadə və alternativ enerji mənbələrinin gələcəyi” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi məsələlərinin həll olunmasında növbəti mərhələ kimi bərpa olunan alternativ enerji mənbələrindən istifadəyə geniş yer verildiyini qeyd edib. Rektor “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, seminarın işinə uğurlar arzulayıb.

Universitetin elmi işləri üzrə prorektoru, dosent Mübariz Nuriyev “Alternativ enerji mənbələrinin perspektivləri” adlı məruzəsində  qeyd edib ki, əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada da ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Həmçinin vurğulanıb ki, muxtar respublikanın enerji ehtiyaclarının tamamilə yerli imkanlar hesabına ödənilməsini nəzərdə tutan layihələrin tətbiqi gələcəkdə böyük perspektivlər vəd edir.

Sonda “Con Serlin generatoru” adlı film nümayiş olunub.