Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BİR QRUP KOLLEKTİVİ NAXÇIVAN DÖVLƏT TARİX MUZEYİNDƏ OLUBLAR

21.09.2017

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin Tibbi profilaktika ixtisası üzrə II kurs tələbələri, Pedaqoji fakültənin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, Bədən tərbiyə və idman, Texnologiya müəllimliyi ixtisası üzrə  II kurs tələbələri və Xarici tələbələr üzrə dekanlığın tələbələri fakültə dekanları  ilə birgə  Naxçıvan Dövlət Tarix Muzeyində olublar.

Ziyarətçilərə məlumat verilib ki,  1924-cü ildə fəaliyyətə başlayan muzeydə qədim, orta əsrlər və müasir dövrü əhatə edən 49 minə yaxın eksponat qorunub saxlanılır. Qeyd edilib ki, muzeyin ekspozisiyası qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. Bir neçə şöbədən ibarət olan muzeydə müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar nümayiş etdirilir. Bildirilib ki, eyni zamanda muzeydə orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ-tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri sərgilənir. Muzeyin fəaliyyəti ilə ətraflı tanışlıqdan sonra kollektivlə birgə xatirə şəkli çəkilib.