Sayt xəritəsi

ELM VƏ TƏHSİL



ÜMUMİ MƏLUMAT

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra Naxçıvan Dövlət Universitetinin də həyatında yeni bir inkişaf yolu başladı. Bu inkişafın əsas aparıcı xətlərindən biri də xarici tələbələrin universitetimizə cəlb edilməsi ilə bağlıdır. 1992-ci ilin noyabrında universitetimizə xarici tələbələrin ilk qəbulu qonşu Türkiyə Respublikasının vətəndaşlarından ibarət oldu. 12 nəfərlik kontingentin qəbulu o vaxt Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində işləyən, ümummilli  liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin Türkiyənin əlaqədar qurumları ilə Naxçıvan MR Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsaslanırdı.

Xarici tələbələrlə iş üzrə dekanlıq 1998-ci ildə yaradılmışdır. Dekanlıq  öz işini müvafiq əsasnamələr və təlimatlar əsasında qurur.

Xarici tələbələrlə iş üzrə dekan - pedaqogika üzrə fəlsəfə doktoru dosent, Tofiq Əli oğlu Əliyevdir.

Dekanlığın vəzifələri aşağıdakılardır:

  1. Ali məktəbin müvafiq bölmələri ilə birlikdə əcnəbi tələbələrin təhsili və təcrübəsinin təşkili;
  2. Təhsil almağa gələn əcnəbi tələbələrin qəbulu, tələbə evində yerləşdirilməsi, əcnəbilər üçün nəzərdə tutulmuş bütün qanunların və normativ aktların yerində icrasının təşkili və həmin qaydalara riayət olunması işinin tənzimlənməsi;
  3. Əcnəbi tələbələrin ali məktəbə qəbulu, kursdan-kursa keçirilməsi, ali məktəbi bitirməsi və xaric edilməsi barədə əmrlərin layihəsinin hazırlanması, imtahan vərəqlərinin və göndərişlərin verilməsi;
  4. Əcnəbi tələbələr üçün hazırlıq şöbəsinə rəhbərlik;
  5. Əcnəbi magistr və aspirantların səmərəli elmi işinin və onların dissertasiyalarının müdafiəsinin mövcud təlimatlara uyğun təşkili;
  6. Əcnəbi tələbələrin, magistrlərin və dokturantların təhsili və təcrübəsi ilə məşğul olan professor-müəllim heyətinin seçilməsinin, onların fəaliyyəti ilə bağlı işlərin təşkili üzrə təkliflər hazırlanmasının və yerinə yetirilməsinin təmini;
  7. Əcnəbi tələbələrlə mədəni-kütləvi işlərin, beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili;
  8. Əcnəbi tələbələrə tibbi xidmət göstərilməsi və onların tibbi qeydiyyatdan keçirilməsi işinin tənzimlənməsi;
  9. Ali məktəbin məzunları ilə əlaqə saxlamaq;
  10. Dərs intizamını və yaşayış qaydalarını pozmuş əcnəbi tələbələr barədə müvafiq tədbirlərin görülməsi, həmçinin onların təkrar kurslarda qalması, yaxud ali məktəbdən xaric olunması haqqında rəhbərliyə təqdimatların verilməsi;
  11. Əcnəbi tələbələrlə aparılan işlərin keyfiyyətini yüksəltmək, metodik və maddi-texniki bazanı, məişət şəraitini yaxşılaşdırmaq üçün təkliflərin hazırlanması və vəsatət qaldırılması;
  12. Əcnəbi tələbələrlə əlaqədar təsdiq olunmuş formada məlumatlar və hesabatların təhsilin mərkəzi idarəetmə orqanına təqdim edilməsi.