Axtarış

AZ EN

Naxçıvan Dövlət Universiteti ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

18.11.2026 22:11 82
Naxçıvan Dövlət Universiteti ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov imza atıblar.

Sənəd iki qurum arasında tədris, təlim, elmi tədqiqat və digər istiqamətlərdə əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini nəzərdə tutur.

Memoranduma əsasən, Mədəniyyət Nazirliyi tərəfindən NDU tələbələri üçün təcrübə proqramları təşkil ediləcək, aktual mövzular üzrə birgə elmi-tədqiqatlar aparılacaq, innovativ layihələr hazırlanacaq və həyata keçiriləcək. Həmçinin tərəflərin iştirakı ilə forum, konfrans, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, əməkdaşların və tələbələrin bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlim və kursların təşkili nəzərdə tutulur.

Əməkdaşlığın istiqamətlərinin əlaqələndirilməsi və birgə fəaliyyətin təşkili məqsədilə tərəflər arasında işçi qrupları da yaradılacaq.

Beş il müddətinə imzalanan memorandum qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətin genişləndirilməsinə, universitetlə mədəniyyət müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

Paylaş: