Əhmədli Fatmaxanım Eldar qızı, Laborant

1995-ci ildə Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. 2001-ci ildə Tərtər rayonunun Şəmil Quliyev adına İsmayılbəyli kənd tam orta məktəbinin I sinfinə daxil olmuş, 2012-ci ildə orta məktəbi bitirmişdir.

· 2012-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasına qəbul olub.

· 2016-cı ildə Bakı Dövlət Universitetini bitirib.

· 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsinin Turizm və Sosial-mədəni servis xidməti ixtisasına daxil olub.

· 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Turizm və Sosial Mədəni Xidmət ixtisası üzrə magistratura pilləsini bitirib.

Müxtəlif respublika və beynəlxalq forum və konfransların iştirakçısı olub. Azərbaycanda və xaricdə elmi məqalələrin müəllifidir.