[ultimate_heading main_heading=”Əhmədov Ülvi Rüfət oğlu, Müəllim ” margin_design_tab_text=””][/ultimate_heading]

Ülvi Rüfət oğlu Əhmədov 1992-cu il may ayının 1-də Naxçıvan   şəhərində anadan olub. 2002-ci ildə Ə.Cavid adına uşaq musiqi və bədii sənətkarlıq məktəbinə daxil olub, 2010-cu ildə isə həmin məktəbin fortepiano ixtisasını fərqlənmə ilə bitirib. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Bəstəkarlıq” ixtisasına qəbul olunub və H.Əliyev adına adlı təqaüdə layiq görülüb.2011-ci il 15 sentyabrda Babək rayon Uşaq musiqi məktəbinə fortepiano müəllimi təyin olunub.

2014-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Bəstəkarlıq” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisasının magistratura pilləsinə daxil olub.2017-ci ildə isə Akademiyanı fərqlənmə diplomu ilə bitirib.15 sentyabr 2017-ci ildə Naxçıvan Musiqi Kollecinə ştat üzrə fortepiano müəllimi təyin olunub. 2019-cu il sentyabr ayında  Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Fortepiano” kafedrasına tam ştat müəllim təyin edilib.Bu illər ərzində dəfələrlə Naxçıvan Dövlət Universitetində, Gənclik mərkəzində, Bakı Musiqi Akademiyasında solo konsertlər vermiş, Naxçıvan və Azərbaycan Bəstəkarlar İttifaqının hesabat konsertlərində solo nömrələrlə çıxış edib. İfaçılığı Naxçıvan və Lider televiziyasında, “Şərq qapısı”, “İki sahil”, “Palitra” qəzetlərində, “Müstəqil lider”, “Gəncliyimiz gələcəyimizdir” və “Naxçıvan” jurnallarında işiqlandırılıb.

 

 Təltif edildiyi diplomlar       

  1. 2003-cü ildə ümummilli lider H.Əliyevin anadan olmasının 80-ci ildönümü münasibəti ilə keçirilən müsabiqədə – II dərəcəli diplomla təltif olunub.
  2. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 80 -ci ildönümü münasibətilə keçirilən müsabiqədə – I dərəcəli diplomla təltif olunub.
  3. 2005-ci ildə ümummilli lider H.Əliyevin anadan olmasının 82 -ci ildönümü münasibəti ilə keçirilən müsabiqədə – II dərəcəli diplomla  (I yer verilməyib) təltif olunub.
  4. 2006-cı il 1 iyunda Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunmuş tədbirdə Fəxri fərmanla təltif olunub.
  5. 2007-ci ildə ümummilli lider H.Əliyevin anadan olmasının 84-cü ildönümü münasibəti ilə keçirilən müsabiqədə – I dərəcəli diplomla təltif olunub.
  6. 1 may 2008-ci ildə Bakı şəhərində H.Əliyevin anadan olmasının 84-cü ildönümü münasibəti ilə keçirilən müsabiqədə diploma layiq görülüb.
  7. 2009-cu ildə Bakı şəhərində keçirilən Gənc pianoçuların respublika müsabiqəsində I dərəcəli diplomla təltif olunub.
  8. 9 iyul 2012-ci ildə Naxçıvan Bəstəkarlar Təşkilatının hesabat konsertində, 14-18 dekabr 2012-ci il tarixlərdə isə Azərbaycan Bəstəkarlar İttifaqının  IX qrultayında müəllif  kimi ifa edib.
  9. 29 aprel-3 may 2013-cü il tarixlərdə Bakı şəhərində ümummilli lider H.Əlieyevin 90-cı ildönümü münasibəti ilə keçirilən “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”ndə – III dərəcəli diploma layiq görülüb.
  10. 2013-cü ildə  Ümummilli lider H.Əlieyevin 90 illiyi münasibəti ilə keçirilən müsabiqədə yüksək səviyyədə şagirdlər hazırladığına görə – Fəxri fərmanla təltif olunub.
  11. 2013-ci ildə NDU  Bəstəkar K.Əhmədovun  əsərlərindən ibarət konsertdə bəstəkarın  “Fortepiano və Simfonik orkestr üçün 3 hissəli konsert”ini Beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyevlə ifa edib.
  12. 18 mart 2015-ci ildə Hərbi hissələr arasında keçirilən müsabiqədə ən yaxşı ifaya görə – Fəxri fərmanla təltif olunub.
  13. 2019- cu ilin aprel ayında Bakı şəhərində keçirilən “Testene Art Baku” Beynəlxaq müsabiqəsində tələbələri diplomant olmuş,   Ə.Ülvi də Sertifikatla təltif olunub.
  14. 2019-cu ildə Ərtoğrol Cavidin 100 illiyinə həsr olunmuş “Yarımçıq ömrün səhifələri” sənədli filmində Ərtoğrol Cavid rolunda çəkilib.
  15. 2019-cu ildə Ərtoğrol Cavidin 100 illiyinə həsr olunmuş Dövlət tədbirində Ərtoğrol Cavidin “9 variasiya” əsərini orkestrlə ifa edib.