ƏLƏKBƏROV RƏSUL Səfər oğlu

Rəsul  Səfər  oğlu  Ələkbərov 1988-ci ilin oktyabr ayının 29-da Naxçıvan MR  Şərur  rayonun Dərvişlər  kəndində anadan olmuşdur. 1995-ci ildə Dərvişlər kənd orta məktəbinə 1-ci sinfə daxil olub, 1998-ci ildə N.Nərimanov adına Şərur şəhər №1 məktəbə keçib, 2001-ci ildə Şərur Türk Liseyinə qəbul olmuşdur. 2006-cı ildə Şərur Türk Liseyini bitirmişdir. 2006-2010-cu illər arasında Naxçıvan Dövlət Universitetinin İqtisadiyyatın tənzimlənməsini ixtisası üzrə bakalavr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2014-cü illər ərzində NDU-nun “İqtisadiyyatın tənzimləmə” ixtisası üzrə magistraturanı bitirmişdir. 2012-ci ilin may ayında Şərur rayon Vergilər Şöbəsində işə qəbul olmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində kişik vergi xidməti müşaviri vəzifəsində və 2014-cü ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakültəsinin “İqtisadiyyat” kafedrasının saat hesabı müəllimi, 2016- cı ildən yarım ştat müəllim vəzifəsində işləyir. 2 elmi məqalənin müəllifidir, bir sıra respublika və beynəlxalq səviyyəli seminarların iştirakçısı olmuşdur.

Elmi əsərləri

  1. AZƏRBAYCAN İQTİSADİYYATINDA KİÇİK MÜƏSSİSƏLƏRİN YERİ VƏ ROLU. Məqalə. Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər №2. 2018, s 164-168
  2. AZƏRBAYCAN İQTİSADİYYATINDA İNNOVASİYANIN VƏ VERGİ STİMULLAŞDIRILMASININ ROLU. Məqalə. Naxçıvan Dövlət Universiteti, Azərbaycan iqtisadiyyatının davamlı inkişafında innovasiyaların rolu mövzusunda Respublika elmi konfransının materialları səh 51-55, 29.02.2020
  3. ÖLKƏ İQTİSADİYYATINDA İNNOVASİYANIN VƏ VERGİ STİMULLAŞDIRILMASININ ROLU. Məqalə. 26.04.2020 Naxçıvan xəbərləri İnformasiya Agentliyi
  4. NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BİZNESİNDƏ İNNOVASİYA FƏALİYYƏTİNİN TƏŞKİLİ. Məqalə. Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişaf və müasir maliyyə mexanizmləri mövzusunda Respublika elmi-praktik konfransının materialları səh 169-172, “Qeyrət” nəşriyyatı 2021
  5. İXRAC YÖNÜMLÜ SƏNAYEDƏ YENİ ÜSULLARIN REALLAŞDIRILMASININ ÜSTÜNLÜKLƏRİ. Məqalə. 21.05.2021 Naxçıvan xəbərləri İnformasiya Agentliyi
  6. DÜNYADA İXRAC YÖNÜMLÜ SƏNAYENİN FORMALAŞMASI. Məqalə. 29.05.2021 Naxçıvan xəbərləri İnformasiya Agentliyi
  7. Naxçıvan Muxtar Respublikasında ixracyönümlü sənaye sahələrində innovasiyaların təsiri –
  8. Naxçıvan Muxtar Respublikası sənayesinin ixrac potensialının artırılmasında Zəngəzur dəhlizi inteqrasiya amili kimi