Bayram Qadir oğlu Əliyev 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2007-2011-ci illərdə hazırkı Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universiteti) iqtisadiyyat və idarəetmə üzrə bakalavr təhsili, 2011-2014-cü illərdə Almaniyanın Siegen Universiteti, İsveçin Uppsala və Portuqaliyanın Koimbra Universitetlərinin əməkdaşlığı ilə aparılan Sosial Elmlər beynəlxalq magistr proqramında təhsil almışdır. 2014-2017-ci illərdə İstanbul Universitetində elmi tədqiqatlar aparmış, 2015-2017-cı illərdə İstanbul mərkəzli BİLGESAM strateji araşdırmalar mərkəzində araşdırmaçı olaraq çalışmışdır.
2017-ci ildə Qərbi Kaspi və Azərbaycan Dillər Universitetində müəllim olaraq çalışan Bayram Əliyev 2020-ci ildən Naxçıvan Dövlət Universiteti Beynəlxalq Münasibətlər kafedrasının müəllimidir.
Elmi əsərlər
- 1. “Geopolitical Importance of Azerbaijan on the Energy Context”, “Elmi Əsərlər”, Cild 47, Nr. 2, s. 144-149
- “Türkiye- Rusya İlişkilerinde Enerjinin Rolü”, TYB Akademi jurnalı, Cild 6, Nr. 17, s. 187- 201
- “Globalization and the West”, “Elmi Əsərlər”, Cild 58, Nr. 2, s. 119- 126
- “Turkey’s Ambitions in the South Caucasus”, Turkish Review, Cild 3, Nr. 3, s. 282-287