Əliyeva Leyla Mirsəməd qızı

 Laborant

1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərəbad kəndində anadan olmuşdur. 2014-cu ildə İsrafil şükürov adına Didivar kənd tam orta məktəbi bitirib, həmin ildə Naxçıvan Dövlət Universitetinin Fizika -riyaziyyat fakültəsinin  “Riyaziyyat müəllimliyi” ixtisasına daxil olmuş, 2018-ci ildə universiteti bitirmişdir. 2018-ci ildə “İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri” ixtisası üzrə Magistratura pilləsinə daxil olmuş, 2020-ci ildə Magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ildən Naxçıvan Dövlət Universitetində saathesabı müəllim, 2023-cü ildən Memarlıq və mühəndislik fakültəsininin “Nəqliyyat mühəndisliyi və texniki fənnlər” kafedrasında laborant vəzifəsində fəaliyyətə başlamışdır. Hal-hazırda Nəqliyyat mühəndisliyi və texniki fənlər kafedrasında laborant vəzifəsində çalışır. 2015- ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 övladı var.

 

  1. Kriptoqrafik protokollar. Proqram Naxçıvan, -2023, 22 səh.
  2. Verilənlər bazası sistemləri. Proqram Naxçıvan, -2023, 22 səh.