Əliyeva Leyla Pərviz qızı, Müəllim
31 oktyabr 1994-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2001-ci ildə Surəddin Məmmədov adına Böyükdüz kənd orta məktəbinə
daxil olmuş, 2012-ci ildə məktəbi bitirmişdir. 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş, 2016-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Strateji idarəetmə” ixtisası üzrə magistraturaya daxil olmuş, 2018-ci ildə magistratura pilləsini bitirmişdir. 2018-ci ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin “Bələdiyyə və turizm” kafedrasında laborant. 11.09.2019-cu il tarixindən“Bələdiyyə və turizm” kafedrasında müəllim vəzifəsində işləyir. 2 elmi məqalənin müəllifidir.
Elmi əsərləri
- “Strateji planlaşdırmanın mərhələləri“ Naxçıvan Dövlət Universiteti,Magistrantların regional elmi konfransı, №9,Naxçıvan,2018
- “Regional inkişaf siyasətinin uğurlu nəticələri” Sumqayıt Dövlət Universiteti, Magistrantların XVIII respublika elmi konfransı,IIhissə,Sumqayıt,2018