ƏLİYEVA NƏSRİN ƏLİ QIZI, Dünya iqtisadiyyatı və menecment kafedrasının müəllimi

Əliyeva Nəsrin Əli qızı 6 iyun 1997-ci ildə Naxşıvan şəhərində anadan olub. 2003-cü ildə 12№ orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbi bitirib. Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Menecment” ixtisasına daxil olub. 2018-ci ildə  Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisasına qəbul olub. 2020-ci ildə həmin ixtisası bitirib. Həmin ildə Naxçıvan Dövlət Universitetinin mühasibatlıq şöbəsində aparıcı mühasib kimi işə başlayıb. 2021-ci ildə həmin işdən öz ərizəsi ilə çıxıb, elə həmin ildə Naxçıvan Dövlət Universitetinin “Dünya İqtisadiyyatı və Menecment” kafedrasında meəllimə kimi işə başlayıb.

Elmi əsərləri:

1. Biznesin təşkilinin mütərəqqi formaları. “Naxçıvan” Universiteti Elmi əsərlər jurnalı, İctimail elmlər seriyası, Nuh nəşriyyat, № 2 (26), 2022;

2. SCIENCE AND WORLD 2022. Международный журнал. International scientific journal № 5(105), 2022. Founder and publisher: Publishing House “Scientific survey” The journal is founded in 2013 (September). Volqoqrad, 2022 ISSN 2308-4804, Управление производством и уровнем жизни в сельском хозяйстве, 2022;

3. Azərbaycan respublikasinin xarici dövlət borcu və onun tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərlər jurnalı. İctimai elmlər seriyası, Qeyrət nəşriyyat, 2022, № 2 (115).