
Əməkdaşlarımız IBM-in “Bulud biznesi” (Cloud Business) təlimində iştirak edirlər.
Naxçıvan Dövlət Universiteti ilə IBM arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən NDU “SkillsBuild for Academia” proqramına qoşulub. Bu proqrama tədris materialları və TTT(train the trainer) kursları daxildir. Bu kurs çərçivəsində “Bulud biznesi”, “Dizayn düşüncəsi”, “Süni intellekt”, “Kibertəhlükəsizlik”, ”Data elmi” modulları üzrə təlimlər həyata keçiriləcək. Təlimlərin hər biri 2 həftə davam edəcək.
Artıq 9 oktyabrdan bu modullardan ilki – “Bulud biznesi” üzrə təlimlərə başlanılıb. Bu təlimə Naxçıvan Dövlət Universitetinin 3 əməkdaşı – Səminə Rüstəmova, Rəşad Rüstəmov və Səriyə Qasımova qoşulub.
Təlimin ilk həftəsində buludun necə işləməsi, onun imkanları, yerləşdirmə modelləri və çatdırılma növləri və Agile, IBM Garage və Enterprise Design Thinking kimi metodologiyaların rolundan danışılıb. Həmçinin Docker, Kubernetes texnologiyaları haqqında ətraflı məlumat verilmiş, hər bir proses praktiki olaraq göstərilmişdir.
Təlimin ilk həftəsinin tapşırıqlarından biri həmçinin “Enterprise Design Thinking” onlayn kursunu keçməklə IBM-dən badge qazanmaq idi. Xatırladaq ki, hər 3 əməkdaşımız sözü gedən kursun bütün mərhələlərindən keçərək IBM-dən badge əldə etmişdir.